Icma.az
close
up
RU
“ABŞ Azərbaycan münasibətləri artan dinamika ilə inkişaf edir” Deputat

“ABŞ Azərbaycan münasibətləri artan dinamika ilə inkişaf edir” Deputat

Icma.az, 525.az saytına istinadən bildirir.

“Azərbaycan 2020-ci ildə əldə etdiyi möhtəşəm qələbə ilə regionun tam olaraq xətirəsini dəyişib, əsas dövləti statusunu qazanıb. Regionda istənilən layihənin gerçəkləşməsi Azərbaycanın iştirakı olmadan mümkün deyil. Bunu artıq böyük dövlətlər, o cümlədən dünyanın aparıcı dövləti olan ABŞ da qəbul edib”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Arzuxan Əlizadə Azərbaycan-ABŞ münasibətlərindəki son inkişafları şərh edərkən bildirib.

Deputat deyib ki, Birləşmiş Ştatlarda Azərbaycana münasibət dəyişib, maraq kifayət qədər artıb:

“Xüsusilə də Prezident İlham Əliyevin xarici siyasəti Azərbaycanın önəmini dəfələrlə artırıb. Bu mənada təbii ki, Azərbaycan-ABŞ münasibətləri də yeni mərhələyə qədəm qoyub. Onu da xüsusi olaraq qeyd edim ki, respublikaçıların hakimiyyəti dönəmində ABŞ-Azərbaycan münasibətləri hər zaman yaxşı olub. Demokratların dönəmində isə gərginliklər yaşanıb. Biz bundan əvvəlki administrasiyanın - Baydenin Azərbaycana ədalətsiz yanaşmasına şahidlik edirdik. Buna cavab olaraq Azərbaycan da ciddi şəkildə bir mövqe nümayiş etdirmişdir. Bayden administrasiyası tərəfindən geriçəkilmələr də oldu, amma Tramp dönəmində tam fərqli bir yanaşmanın şahidi oluruq. Müxtəlif proseslərdə birgə iştirak, eləcə də  Zəngəzur dəhlizi ilə bağlı razılaşmanın əldə edilməsi, 8 avqust görüşündə üçtərəfli razılaşmanın imzalanması, regionda davamlı sülh prosesinin təmininə imkan verəcək addımların atılması və növbəti digər layihələrdə də Azərbaycanın iştirakının vacibliyinin Tramp tərəfindən vurğulanması bir daha onu göstərir ki, münasibətlər müsbət məcrada artan dinamika ilə inkişaf edir”.

Deputat bu günlərdə keçirilən C5+1 formatında – Mərkəzi Asiya ölkələri liderləri ilə görüşdə Prezident Donad Trampın növbəti dəfə Azərbaycanın önəminə toxunduğunu, eyni zamanda, bu prosesdə ölkəmizin iştirakının vacibliyini vurğuladığına diqqət çəkib: “Bu layihələr, bütün kommunikasiya qovşaqları Azərbaycanın üzərindən reallaşır deyə, ölkəmizin önəmi artıb. Məlum olduğu kimi C5+1 artıq 6 ölkənin formatına çevrilib. Azərbaycan da bu prosedə iştirak edir. Gələcəkdə də istər Şimal-Cənub, istər Şərq-Qərb, eləcə də Orta Dəhliz, həmçinin reallaşması gözlənilən Zəngəzur dəhlizi, yaxud Tramp yolu, yəni necə adlandırılmasından asılı olmayaraq kommunikasiya qovşağı Azərbaycan üzərindən keçəcək deyə ölkəmizin önəmi artır. Bu kontekstdə də ABŞ-ın Azərbaycana yönəlik siyasətində çox ciddi  inkişaflar var. Bütün bunlar bir daha qeyd edirəm ki, ölkəmizin formalaşdırdığı mövcud reallıqlar fonunda Azərbaycanın önəminin artığını göstərir. ABŞ-Azərbaycan münasibətləri də bu bu formatda daha uğurlu inkişaf yoluna qədəm qoyub”.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Noyabr 2025 21:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri