Icma.az
close
up
RU
ABŞ Azərbaycan münasibətlərində Tramp AMİLİ: “Gələcək qlobalçılara yox, vətənpərvərlərə məxsusdur”

ABŞ Azərbaycan münasibətlərində Tramp AMİLİ: “Gələcək qlobalçılara yox, vətənpərvərlərə məxsusdur”

Yenicag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Yaxın 4 ilin həm ABŞ-Azərbaycan münasibətləri, həm də qlobal proseslərlə bağlı tarixi zaman kəsiyi olacağı qənaətindəyəm”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı, Ədalət, Hüquq və Demokratiya Partiyasının (ƏHDP) sədr müavini Elçin Mirzəbəyli deyib.

Millət vəkili Prezident İlham Əliyevin Çinin CGTN telekanalına verdiyi müsahibədə geosiyasi müstəvidə ehtiva olunan mesajlar və ABŞ ilə münasibətlər barədə səsləndirdiyi fikirlərə toxunub.

Onun sözlərinə görə, Co Baydenin prezidentliyi dönəmini ABŞ-nin Cənubi Qafqaz da daxil olmaqla xarici siyasətinin ən uğursuz zaman kəsiyi kimi qiymətləndirmək olar:

“Hətta öz uğursuz siyasəti ilə dünyanın müxtəlif bölgələrində müharibə və münaqişələrin alovlanmasına, beynəlxalq terror şəbəkələrinin fəaliyyətlərinin stimullaşdırılmasına rəvac verən Barak Obama dönəmi belə, Baydenin hakimiyyətdə olduğu müddətin yaratdığı problemlərlə müqayisədə kölgədə qala bilər. Baxmayaraq ki, Obamanın prezidentliyi dönəmində Bayden vitse-prezident kürsüsünün sahibi idi”.

E. Mirzəbəylinin fikrincə, Trampın yenidən ABŞ prezidenti seçilməsi həm seçki kampaniyası dövründə, həm də daha sonra verdiyi mesajlar, əgər proses verilən vəd və bəyanatlar müstəvisində irəliləyərsə, Vaşinqton-Bakı münasibətlərinin inkişafı üçün geniş perspektivlər açır:

“Bu ehtimalı əsaslandıran amillərdən biri də ABŞ-nin yeni prezidentinin qlobal proseslərə, yeni dünya nizamına və suveren dövlətlərin qarşılıqlı münasibətlərinə klassik dövlətçilik ənənələri müstəvisindən yanaşmasıdır. Bu sıraya Trampın ailə dəyərləri, ictimai əxlaq və digər dəyərlərə münasibətdə sərgilədiyi mühafizəkar yanaşmaları əlavə etsək, ABŞ-ın yeni prezidentinin baxış bucağının ölkəmizin siyasi-ideoloji yapısına nisbətən daha yaxın olduğunu deyə bilərik”.

ƏHDP funksioneri düşünür ki, Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində Donald Trampla bağlı obyektiv reallıqları bir neçə cümlə ilə ifadə edib:

“Sitat: “Prezident Trampın ilk prezidentliyi dövründə ABŞ heç bir müharibəyə başlamadı. Əgər ABŞ-ın ən azı bir neçə onilliklər ərzində tarixinə nəzər salsaq, bu, nadir bir təcrübə idi. Azərbaycana gəlincə, biz əminik və nikbin fikirdəyik”.

Zənnimcə, Prezident İlham Əliyevdən iqtibas gətirdiyim fikirlər Trampın ölkəsinin xarici siyasəti ilə bağlı reallıq və gözləntiləri tamamilə ifadə edir. Xatırladım ki, Tramp 2019-cu ilin sentyabrında BMT Baş Assambleyasındakı çıxışında qlobalizmin fəsadlarına diqqət çəkmişdi və milli suverenitet, dövlətçilik, vətənpərvərliyin əhəmiyyətini vurğulamışdı. Tramp sözügedən çıxışında qeyd etmişdi ki, “azad dünya öz milli köklərinə dəyər verməlidir, onları silməyə, yaxud əvəzləməyə çalışmamalıdır. Gələcək qlobalçılara yox, vətənpərvərlərə məxsusdur”.

“Hesab edirəm ki, Trampın iqtibas gətirdiyim nitqində yer alan məqamlar təkcə Vaşinqton-Bakı münasibətlərinin inkişaf perspektivi ilə bağlı deyil, bütövlükdə yeni dünya nizamının qurulması prosesinin inkişafı ilə bağlı bir sıra önəmli istiqamətlər barədə aydın təsəvvürlərin formalaşmasına imkan verir. Bu aspektdən, yaxın 4 ilin həm ABŞ-Azərbaycan münasibətləri, həm də qlobal proseslərlə bağlı tarixi zaman kəsiyi olacağı qənaətindəyəm”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 12 Fevral 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri