Icma.az
close
up
RU
ABŞ Azərbaycan münasibətlərinin strateji mərhələyə keçidi növbəti diplomatik uğurdur ŞƏRH

ABŞ Azərbaycan münasibətlərinin strateji mərhələyə keçidi növbəti diplomatik uğurdur ŞƏRH

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 12 fevral, AZƏRTAC

Son dövrlərdə Azərbaycan və Amerika Birləşmiş Ştatları arasındakı yüksəksəviyyəli əməkdaşlığın artması və ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanması Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursunun növbəti uğurudur. Artıq iki ölkə arasında siyasi münasibətlərin möhkəmləndirilməsi ilə yanaşı, iqtisadi əməkdaşlıq da ön plana çıxıb. Azərbaycan və ABŞ prezidentləri arasında qarşılıqlı anlaşma və əməkdaşlıq iki ölkənin strateji tərəfdaşlığı üçün güclü zəmin yaradır. Donald Trampın birinci prezidentliyi dövründə formalaşan qarşılıqlı etimad bu gün də ikitərəfli əlaqələrin yeni mərhələyə keçidi üçün əsaslı zəmin rolunu oynayır. ABŞ Prezidentinin ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı ölkəmizin başçısına “Siz böyük lidersiniz” - deməsi iki ölkə arasında inam və etimadı, qarşılıqlı əməkdaşlığı getdikcə möhkəmləndirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

Hüquq müdafiəçisi ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin bugünlərdə ölkəmizə səfərinə münasibət bildirərkən deyib ki, bu səfər iki dövlət arasında mövcud siyasi dialoqun, qarşılıqlı hörmət və etimad mühitinin bariz nümunəsidir. Eyni zamanda, ABŞ tərəfinin Azərbaycana və regionda həyata keçirilən siyasətə verdiyi əhəmiyyəti açıq şəkildə nümayiş etdirir. Səfər çərçivəsində imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya” iki dövlət arasında əlaqələri rəsmi şəkildə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Azərbaycan Prezidenti də mətbuata verdiyi bəyanatda bu səfərin böyük siyasi əhəmiyyət kəsb etdiyini vurğuladı. Qeyd edildi ki, Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması mərasimi heyətlərimizin altı ay ərzində gördüyü çox gərgin işin təzahürüdür. Altı ay əvvəl Prezident Trampla Vaşinqtonda tarixi görüş və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın tərtib edilməsi üçün işçi qrupunun yaradılması haqqında sənədin imzalanması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır.

Komitə sədri deyib ki, ABŞ-nin Vitse-prezident Vensin səfəri və imzalanmış Strateji Xartiya, danışıqların mahiyyəti baxımından xüsusi əhəmiyyət kəsb edir. Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsi olduğunu diqqətə çatdıran hüquq müdafiəçisi bu layihənin nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizi olacağını diqqətə çatdırıb. Vurğulayıb ki, Xartiyada əməkdaşlığımızın müxtəlif istiqamətləri əks olunur: təhlükəsizlik və antiterror əməliyyatları məsələləri üzərində işlər davam etdiriləcək.

Ç.Qənizadə Vitse-prezidentin mətbuata verdiyi bəyanatdan bəzi məqamları diqqətə çatdıraraq deyib ki, o, Xartiyanın ABŞ üçün çox uzunmüddətli, çox mühüm tərəfdaşlıq və dostluq olduğunu bildirib. Bununla yanaşı, ölkəmizin beynəlxalq terrorizmə qarşı Əfqanıstanda ABŞ-ın hərbi dənizçiləri ilə çiyin-çiyinə vuruşmasını yüksək qiymətləndirib. Vens əminliklə qeyd edib ki, Prezident Donald Trampın və Prezident İlham Əliyevin rəhbərliyi ilə daha güclü və daha yaxşı münasibətlər qurulacaq: “ABŞ ilə Azərbaycan arasında tərəfdaşlıq regionda daha möhkəm sülhə və əmin-amanlığa aparacaq. ABŞ-ın iş adamları üçün əlavə bazarlara çıxış yaranacaq. Bununla daha təkmil dünya yaranacaq ki, insanlar bir-biri ilə vuruşmasınlar, ticarət aparsınlar. Biz strateji tərəfdaşlıq sənədini imzaladıq. Fikrimcə, bu, tərəfdaşlığı rəsmiləşdirir və çox aydın şəkildə göstərir ki, ABŞ-Azərbaycan münasibətləri dayanıqlıdır və xalqlarımız üçün böyük nəticələr verməkdə davam edəcək”.

Hüquq müdafiəçisi Xartiyada iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətlərinin əks olunduğunu diqqətə çatdıraraq deyib ki, hər iki dövlət ikitərəfli münasibətlərinin əsası kimi bir-birinin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəklədiklərini, regional bağlantılar, iqtisadi sərmayə və təhlükəsizlik əməkdaşlığı da daxil olmaqla, qarşılıqlı maraq və ortaq fayda doğuran sahələrdə strateji tərəfdaşlıqlarının əhəmiyyətini təsdiqləyirlər. Bununla yanaşı, diplomatik, iqtisadi, enerji, texnoloji və təhlükəsizlik sahələri də daxil olmaqla, qarşılıqlı maraq doğuran məsələlərdə münasibətləri gücləndirmək üçün birgə niyyətlərini vurğulayırlar.

“Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması bir daha imkan yaradacaq ki, Azərbaycanla ABŞ rəsmiləri ildə ən azı bir dəfə müntəzəm olaraq görüşə və tərəfdaşlıqlarının həyata keçirilməsi üçün zəruri olan, o cümlədən qarşılıqlı surətdə müəyyən edilmiş digər dialoq platformaları yarada bilərlər”, - deyə hüquq müdafiəçisi bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Fevral 2026 08:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri