Icma.az
close
up
RU
İƏT in sammitinin Qarabağda keçirilməsi növbəti diplomatik uğurdur ŞƏRH

İƏT in sammitinin Qarabağda keçirilməsi növbəti diplomatik uğurdur ŞƏRH

Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci sammiti Xankəndi şəhərində keçiriləcək. 3-4 iyul tarixlərində İƏT-ə üzv ölkələrin liderləri Qarabağda bir araya gələcək.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər badamov Metbuat.az-a açıqlamasında mühüm əhəmiyyət kəsb edən tədbirlərin Qarabağda keçirilməsinin özünün də bir hadisə olduğunu bildirib:

“Artıq silsilə xarakteri daşıyan bu addımlar Qarabağın Azərbaycan torpağı olduğunu bir daha təsdiqləməklə yanaşı, həm də bu bölgənin gələcəkdə birlik, əməkdaşlıq və dostluq üçün zəmin yaradacağına mesaj verir. Tarix boyu bilərəkdən və şüurlu şəkildə yaradılan separatçılıq meyillərini məhz yuvasında boğan cənab Prezident İlham Əliyev tarixin qeyd edilən mənfi, yanlış axarını, məhz bu desktruktiv yanaşmanı konstruktiv meyillərə dəyişməklə bacardı. Torpaqların işğaldan azad edilməsi qədər kök salmış ideologiyanın dəyişdirilməsini məhz əsl lider qabiliyyətinə malik siyasətçilər dəyişdirə bilir ki, Müzəffər Ali Baş Komandanımız bütün dünyada az rast gəlinən əsl liderlər sırasında ilk yerlərdə dayanır”.

İƏT Gənclər Forumunun da Ağdamda yüksək səviyyədə keçirilməsindən danışan Azər Badamov qeyd edib ki, Azərbaycan belə təşəbbüslərin müəllifidir:

“Məsələn, Qoşulmama hərəkatı Gənclər təşkilatının yaradılması təşəbbüsünün müəllifi də Azərbaycan oldu. Belə bir çox təşəbbüsləri qeyd edə bilərik. Bu o deməkdir ki, indi addımlanan yol davamlı, dayanıqlı olacaq, gələcəkdə daha güclü əsaslarla davam edəcək. Bu amil institutlaşdırılıb, başqa üzv ölkələrə də ötürülməlidir ki, bu istiqamətdə də addımlar atılır. Şuşada İƏT Biznəs Forumunun keçirilməsi də mühüm amildir. Bu Forum bölgəyə investisiya qoyuluşunu sürətləndirəcək. İnvestisiya qoyuluşunun özü sabitlik, stabillik deməkdir. Yəni bu torpaqların bərpası qədər iqtisadi baxımından dirçəldilməsi region xalqlarının təhlükəsizliyini və rifahını təmin edəcək. Xankəndini Azərbaycandan ayıraraq separatçıların yuvasına çevirmişdilər. İndi isə bu tarixi Azərbaycan torpağı birləşməyə, birləşdirməyə, zirvə görüşlərinə evsahibliyi edir”.

Deputatın sözlərinə görə, bu tədbir dövlətlərin, xalqların, millətlərin qurucu meyillər üzərindən görüşdür:

“Tədbirdə qardaş ölkə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan, İran prezidenti Məsud Pezeşkiani iştirak edəcək. Bu amili regionda yaranmış mövcud vəziyyət üzərindən dəyərləndirdiyimiz zaman görüş ərəfəsində fikir mübadiləsinin aparılmasının özü belə vacibdir. İsrail-İran münasibətləri zamanı qaranlıq qalan məqamların, Azərbaycanın mövqeyinin bir daha dəqiq ünvanına çatdırılması mühüm məsələdir. Hətta o məqamı da əlavə edək ki, İsrail-İran müharibəsi zamanı və sonrakı periodda Azərbaycan informasiya məkanında kirli kampaniyanın hədəfinə gətirilir, bizə qarşı dezinformasiya aparılır. Digər gözəçarpan məqam Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarın iştirakıdır ki, həm TDT daxilində, həm də digər tədbirlər zamanı “Yavru Vatan”ın liderinin iştirakı o deməkdir ki, Azərbaycan dəstək baxımından ən ön sırada dayanan aktordur və strateji yolumuzun dönməzliyi hər tədbirdə təsdiq olunur”.

A.Badamov əlavə edib ki, bütün təzyiq və Azərbaycan əleyhinə atılan addımlara baxmayaraq, dövlət başçımız son dərəcə təmkin və qətiyyət nümayiş etdirərək daxili və xarici siyasət prioritetlərimizi ardıcıl realizə edir. Bunun kökündə dayanan amil sıx xalq-iqtidar birliyidir.

Milli Məclisin deputatı Aydın Hüseynov da öz açıqlamasında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci sammitinin Xankəndi şəhərində keçirilməsinin böyük tarixi hadisə olduğunu vurğulayıb:

“Bu tədbir həm də 30 ildən çox separatizmə yuva olmuş Xankəndini diqqət mərkəzinə gətirir. Xankəndidə baş tutacaq 17-ci sammitdə üzv dövlətlər arasında iqtisadi əlaqələrin inkişafı, bölgənin gələcəyi ilə yanaşı, dünyada baş verən son hadisələr də müzakirə olunacaq. Beynəlxalq və qlobal tədbirlərə ev sahibliyi edən Azərbaycan növbəti zirvə görüşündə üzv dövlətlər arasında iqtisadi əlaqələrin inkişafı ilə yanaşı, dünyada baş verən son hadisələrin müzakirəsini də təşkil edəcək. Həm də Zirvə görüşünün işğaldan azad olunan torpaqlarda keçirilməsi Azərbaycanın növbəti diplomatik uğuru hesab olunmalıdır”.

A.Hüseynov qeyd edib ki, 13 ölkə liderinin iştirak edəcəyi tədbirdə bölgənin gələcəyi barədə fikir mübadiləsi aparılacağı gözlənilir:

“İƏT-ə üzv dövlətlər dəfələrlə Qarabağ münaqişəsinə və Azərbaycanın məsələyə ədalətli yanaşmasına konkret münasibət bildiriblər, üstəlik də ərazilərimizi uzun illər işğal altında saxlayan Ermənistana tənqidi fikirlərini çatdırıblar. Növbəti zirvə toplantısının Xankəndidə keçirilməsinin xüsusi mənası da var, əsasən də regionun inkişafı nöqteyi-nəzərindən olduqca vacib hesab olunur. İnanırıq ki, Azərbaycanın fəal rolu və təşkilata verdiyi dəstək sayəsində zirvə toplantısı uğurlu nəticələr əldə edə biləcək. Şuşa şəhərinin 2026-cı il üçün İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət paytaxtı seçilməsi də regionda turizm və mədəniyyət sahələrində əməkdaşlığın inkişafına töhfə verəcək. Zirvə toplantısının Qarabağda, Xankəndidə keçirilməsi həm də bölgənin beynəlxalq diplomatik arenaya çevrilməsindən xəbər verir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə hazırlanmışdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 02 İyul 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see237

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see194

Ferrari nin rəhbəri ilə anası arasında varislik davası Məhkəmə qərarı nə olacaq?

02 Oktyabr 2025 12:04see181

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see160

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see159

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see142

Zərdabda direktor və müavini İŞDƏN ÇIXARILDILAR

02 Oktyabr 2025 12:38see138

Samuxda ər boşanmaq istəyən arvadını başından bıçaqlayıb

02 Oktyabr 2025 07:46see136

Türkiyəli yutuber “Qarabağ”a görə TRT ni tənqid etdi Video

02 Oktyabr 2025 14:33see130

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see129

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see126

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see122

Oktyabrın 3 də havanın temperaturu dəyişəcək

02 Oktyabr 2025 12:35see122

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see122

Donald Tramp Yaxın Şərqdə sülh planına dəstək verən ölkələrlə bağlı paylaşım edib

02 Oktyabr 2025 08:41see122

Yer getdikcə qaranlıqlaşır: Alimlər səbəbini açıqladılar

03 Oktyabr 2025 03:37see119

Tez tez boranı yeməyin orqanizmə 5 faydası

03 Oktyabr 2025 01:01see119

HƏMAS üçün alternativ yol qalmayıb ŞƏRH

02 Oktyabr 2025 18:33see116

Polkovnik yeni generaldan yazdı: “Atası...”

02 Oktyabr 2025 18:04see116

I Liqa: Səbail in Şamaxı sınağı, Şəfa MOİK ə qarşı

02 Oktyabr 2025 11:52see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri