Icma.az
close
up
RU
ABŞ bir həftədə 4 cü dəfə Alyaska yaxınlığında rus kəşfiyyat təyyarəsini tutdu

ABŞ bir həftədə 4 cü dəfə Alyaska yaxınlığında rus kəşfiyyat təyyarəsini tutdu

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avqustun 26-da, çərşənbə axşamı, ABŞ son bir həftə ərzində dördüncü dəfə Alyaska yaxınlığında uçan Rusiya kəşfiyyat təyyarəsi İl-20-ni "tutmaq” üçün qırıcılarını havaya qaldırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Şimali Amerika Hava-Kosmik Müdafiə Komandanlığı (NORAD) məlumat yayıb. 

Komandanlıq rus təyyarəsini dəqiq müəyyənləşdirmək üçün uzaqmənzilli radiolokasiya aşkarlama təyyarəsi E-3, iki F-16 qırıcısı və bir KC-135 yanacaqdaşıyan təyyarəsini havaya qaldırıb.

"Rusiya hərbi təyyarəsi beynəlxalq hava məkanında qaldı və ABŞ və ya Kanadanın suveren hava məkanına daxil olmadı. Rusiyanın Alyaska hava hücumundan müdafiə identifikasiya zonasındakı bu fəaliyyəti mütəmadi xarakter daşıyır və təhdid kimi qiymətləndirilmir”, deyə məlumatda qeyd olunub.

Bildirilib ki, Alyaska hava hücumundan müdafiə identifikasiya zonası ABŞ-ın suveren hava məkanının bitdiyi yerdən başlayır. Bu zona beynəlxalq hava məkanının müəyyən bir hissəsini əhatə edir və milli təhlükəsizlik baxımından bütün təyyarələrin operativ identifikasiyasını tələb edir.

"NORAD peyklərdən, yerüstü və bort radarlarından, həmçinin qırıcılardan ibarət çoxsəviyyəli şəbəkədən istifadə edərək təyyarələri aşkar edir, izləyir və müvafiq tədbirlər görür. NORAD Şimali Amerikanın müdafiəsi üçün müxtəlif reaksiya variantlarını tətbiq etməyə hazırdır”, deyə komandanlıq əlavə edib.

Qeyd edilib ki, avqustun 20-də ABŞ hərbçiləri Alyaska hava hücumundan müdafiə identifikasiya zonasında rus kəşfiyyat təyyarəsi İl-20-ni aşkar edib və qarşılayıblar. Həmin vaxt iki F-16 qırıcısı və KC-135 yanacaqdaşıyan təyyarəsi havaya qaldırılmışdı.

Oxşar hadisə avqustun 21-də də baş verib. Avqustun 24-də isə ABŞ üçüncü dəfə Alyaska yaxınlığında rus təyyarəsini müəyyənləşdirərək qarşısını alıb.

Alpər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 Avqust 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see327

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see251

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see210

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see207

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see195

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see165

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see155

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see144

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see139

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see139

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see136

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see136

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see136

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see129

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see128

Şamaxı yolundakı qəzanın ANBAAAN GÖRÜNTÜLƏRİ

12 Oktyabr 2025 21:13see127

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see125

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see118

Bakıda Azərbaycan İran əməkdaşlığına dair aktual məsələlər müzakirə olunub

13 Oktyabr 2025 18:37see118

Millinin düşərgəsini Ukrayna ilə oyundan öncə tərk etdi

12 Oktyabr 2025 23:32see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri