ABŞ biznesmenlərindən ibarət heyət Azərbaycanda bir sıra nazirlərlə görüş keçirəcək
Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-nin biznesmenlərdən ibarət nümayəndə heyəti "Orta Dəhliz regionuna səfər" proqramı çərçivəsində 7-9 sentyabr tarixlərində Azərbaycanda səfərdədir.
Adalet.az xəbər verir ki, nümayəndə heyətinin bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ilə görüşü olacaq.
Sabahkı gündəliklərində isə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində görüş və Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov ilə görüş nəzərdə tutulub.
Qeyd edək ki, nümayəndə heyətinin ümumilikdə Orta Dəhliz regionuna səfəri 4–11 sentyabr tarixlərini əhatə edir. Azərbaycandan sonra onlar Gürcüstana gedəcəklər. Gürcüstanı əhatə edən xüsusi proqramlarla keçiriləcək. Bu strateji təşəbbüs Orta Dəhliz boyunca Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə Şərqlə Qərbi Avropaya bağlayan vacib ticarət arteriyası üzərində kommersiya əlaqələrinin gücləndirilməsini hədəfləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 08 Sentyabr 2025 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















