KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ prezidenti Donald Trampın Qəzza zolağının gələcəyi ilə bağlı planına daxil edilməsi gözlənilən Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyerin ərəb və müsəlman ölkələrinin etirazlarından sonra plandan kənarlaşdırıldığı iddia edilir.
APA xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumatına görə, proseslə tanış olan mənbələr bəzi ərəb və müsəlman ölkələrinin Trampın çox yaxşı insan adlandırdığı Bleyerin Qəzza administrasiyasına nəzarət etməsi planlaşdırılan Sülh Şurasında iştirak etməsinə etiraz ediblər.
İddiaya görə məhz bu etirazlardan sonra Bleyerin adı şuranın rəhbərliyindən çıxarılıb.
Məlumatda həmçinin bildirilib ki, Trampın təkidinə baxmayaraq sabiq baş nazir Yaxın Şərqdəki mənfi imicinə görə region ölkələri tərəfindən uyğunsuz hesab edilib.
Bleyrə qarşı reaksiyanın əsas səbəbləri arasında onun 2003-cü ildə İraqa hücumu dəstəkləməsi göstərilib.
Məlumata görə Bleyerə yaxın bir neçə şəxs də qəzetə iddiaları təsdiqləyib və siyasətçinin Qəzzada fərqli bir vəzifəyə təyin edilə biləcəyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 09 Dekabr 2025 03:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















