ABŞ Braziliyada seçkilərə müdaxilə iddialarını rədd etdi
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi "Financial Times"a açıqlamasında bildirib.
Onun sözlərinə görə, ABŞ-nin demokratik ölkədə seçkiləri pozmağa çalışdığı barədə iddialar əsassız yalandır.
Bildirilib ki, Braziliyaya səfər etməli olan Dövlət Departamentinin iki əməkdaşının hökumət rəsmiləri və dini liderlərlə planlaşdırılmış görüşləri nəzərdə tutulurdu.
Qeyd edək ki, Bundan əvvəl "Reuters" Braziliyanın iki amerikalı diplomata viza vermədiyini, buna səbəb kimi isə onların ölkədə keçiriləcək prezident seçkilərinə mümkün təsiri ilə bağlı narahatlığın göstərildiyini yazmışdı.
Xatırladaq ki, Braziliyada prezident seçkiləri oktyabr ayında keçiriləcək. Hazırkı dövlət başçısı Luiz İnasio Lula da Silva namizədliyini irəli sürüb. Onun əsas rəqibinin sabiq prezident Jair Bolsonaronun oğlu, senator Flavio Bolsonaru olacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 26 İyul 2026 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















