Braziliyada MSK seçkilərə xarici müdaxilə əlaməti aşkarlamayıb
Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Braziliyanın Ali Seçki Məhkəməsi ölkədə keçirilən ümumi seçkilər zamanı xarici müdaxilə və ya mütəşəkkil cinayətkarlıqdan qaynaqlanan hər hansı təhlükə əlamətinin qeydə alınmadığını bildirib.
Bu barədə Ali Seçki Məhkəməsinin sədri Kassio Nunes Markis CNN Brasil telekanalına açıqlamasında deyib.
"Nə Federal Polis, nə də Braziliya Kəşfiyyat Agentliyi mümkün hücumlarla bağlı yayılan şayiələrə baxmayaraq, seçki prosesi üçün hər hansı risk müəyyən edib. İndiyədək onlardan bununla bağlı heç bir konkret məlumat almamışıq”, – Markis bildirib.
Məhkəmə sədri ABŞ və Avstraliya səfirliklərinin təhlükəsizlik səbəbindən səsvermə ərəfəsində konsulluq xidmətlərini müvəqqəti dayandırmaq qərarına da münasibət bildirib. Onun sözlərinə görə, bu, standart ehtiyat tədbiridir.
Markis qeyd edib ki, diplomatik nümayəndəliklər bu addımı ölkədə siyasi qütbləşmənin yüksək səviyyədə olması ilə izah ediblər. O xatırladıb ki, ABŞ bundan əvvəl Kolumbiyada keçirilən seçkilər ərəfəsində də analoji tədbirlər görüb.
Məhkəmə sədrinin açıqlaması Braziliya Federal Polisinin Vaşinqtonun seçkilərə mümkün müdaxiləsi ilə bağlı ilkin araşdırmaya başladığı barədə məlumatların yayıldığı vaxta təsadüf edib.
Araşdırmaya Braziliya Baş Hüquqşünaslıq İdarəsinin müraciəti səbəb olub. Müraciət isə Britaniya mətbuatında ABŞ-nin Braziliyadakı müxalif qrupları maliyyələşdirməyi planlaşdırdığına dair yayılan məlumatlardan sonra edilib.
///teleqraf///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 05 Oktyabr 2026 05:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















