Icma.az
close
up
RU
ABŞ buna görə Ermənistana hərbi texnika gətirir Sensasiya

ABŞ buna görə Ermənistana hərbi texnika gətirir Sensasiya

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AB ilə ABŞ arasındakı çətin vəziyyəti nəzərə alaraq, Vaşinqtonun hərbi texnikasının bir hissəsinin Amerika rejiminə dost olan Ermənistana köçürülməsinə təəccüblənmirəm.

Bu sözləri Axar.az-a rusiyalı politoloq Yevgeni Mixaylov ABŞ hərbi texnikasının Almaniyadan Ermənistandakı poliqona aparılması ilə bağlı yayılan məlumatları şərh edərkən deyib.

“Təbii ki, ABŞ Trampın başqa maraqlarının olması ilə bağlı bəyanatları fonunda Cənubi Qafqazı tamamilə tərk etmək niyyətində deyil. İrəvan kimi dayağı olan Tramp bundan istifadə edərək Ermənistan ərazisindən İrana nəzarət, yaxud Ermənistan ərazisindən İrana hücum edəcək. Deməli, Amerikanın Cənubi Qafqazda imkanlarının güclənməsi, prinsipcə, gözlənilən hadisədir. Mən də güman edirdim ki, Trampın gəlişi ilə amerikalılar bu istiqamətə daha az baxacaqlar. Amma sual başqadır. Bu, konkret olaraq Azərbaycan və Rusiyaya qarşı mübarizənin gücləndirilməsidirmi? Yoxsa bu, İranla mümkün münaqişədən əvvəl möhkəmlənmək cəhdidir? Bu böyük sualdır. Düşünürəm ki, Moskva istənilən halda bütün bunları indi izləyir. Vaşinqtonla daim təmasdayıq və çətin ki, amerikalılar yaxın gələcəkdə Cənubi Qafqazda hər hansı təhlükəsizlik təhdidi yaratsın. Amma ermənilərdən olduğu kimi, onlardan da hər şey gözləmək olar. Beləliklə, hadisələrin istənilən dönüşünə hazır olmalıyıq”, - o bildirib.

Mixaylov Azərbaycanın Türkiyə və Rusiya kimi müttəfiqlərinin olduğunu da qeyd edib:

“Aydındır ki, belə bir vəziyyətdə Vaşinqtonun Azərbaycana qarşı Ermənistana hər hansı dəstək vermək qərarına gəlməsi mümkün deyil. Gürcüstanın ilk növbədə öz milli maraqlarını gücləndirməyə yönəlmiş siyasət yeritdiyini nəzərə alsaq, bu, indi faktiki olaraq Cənubi Qafqazda yeganə forpost halına gələn Ermənistan ərazisində Amerika dayaqlarının möhkəmlənməsidir. Azərbaycan İrəvanın təcili razılaşma ilə bağlı vədlərinə diqqətlə yanaşmalı və bu danışıqlar prosesində güclü mövqedən çıxış etməlidir. Çünki güclü dövlət uduzmuşların, sülh müqaviləsi üçün əlverişli şərtlər təklif olunanların, hələ də təpik atanların şıltaqlığına dözməməlidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:233
embedMənbə:https://axar.az
archiveBu xəbər 18 Mart 2025 19:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri