ABŞ Ermənistana hərbi texnika göndərəcək? Pentaqon açıqlama verdi
Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ermənistana mümkün hərbi texnikaların göndərilməsi ilə bağlı Rusiyanın RT (“Russia Today”) agentliyinin yaydığı məlumatı şərh etmir.
Turkustan.az xəbər verir ki, bu barədə “Armenpress” in sualına cavab olaraq ABŞ Müdafiə Nazirliyi bildirib.
“ABŞ Ermənistanla münasibətlərini yüksək qiymətləndirir. Müdafiə Nazirliyi əməliyyat təhlükəsizliyinə görə hərbi texnikanın hərəkətini şərh etmir”, - Pentaqon qeyd edib.
Ermənistan Müdafiə Nazirliyi hələlik iddiaya rəsmi cavab verməyib.
Xatırladaq ki, bundan əvvəl RT ABŞ Ordusunun Maddi-Texniki Təminat Komandanlığının mümkün hərbi təlimlər üçün Almaniyanın Dülmen hərbi bazasından Ermənistandakı Zar poliqonuna hərbi texnika göndərməyi planlaşdırdığı barədə məlumat yayıb. İddiaya görə, texnikaların göndərilməsi iyulun 16-dan avqustun 7-dək, Almaniyaya qaytarılması isə avqustun 21-dən sentyabrın 20-dək nəzərdə tutulub. /teleqraf.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 17 Mart 2025 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















