“ABŞ bunu etsə, Qırmızı dənizdəki marşrutu bağlayın” İrandan husilərə göstəriş
Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
İran Yəməndəki husi hərəkatına göstəriş verib ki, ABŞ İslam Respublikasının enerji infrastrukturuna zərbə endirsə, Qırmızı dənizdə neft daşımalarının əsas marşrutunu bağlasınlar.
Yeniavaz.com xəbər verir ki, məsələ ilə tanış olan iki yüksək vəzifəli İran rəsmisi və bir regional mənbənin anonimlik şərti ilə “Reuters”ə bildirdiyinə görə, bu variant İran rəhbərliyi daxilində müzakirə olunub və müvafiq mesaj husi müttəfiqlərinə çatdırılıb.
Mənbələrin sözlərinə görə, husilər Tehranın bu xahişi barədə yaxın vaxtlarda məlumatlandırılıblar. Bu barədə indiyədək ictimaiyyətə məlumat verilməyib.
Mənbələr mesajın hansı formada çatdırıldığını və bunun ABŞ Prezidenti Donald Trampın çərşənbə axşamı İranın enerji infrastrukturuna zərbə endirə biləcəyi ilə bağlı hədəsindən əvvəl, yoxsa sonra baş verdiyini açıqlamayıblar.
İran Xarici İşlər Nazirliyi və husi hərəkatının nümayəndəsi hələlik nəşrin müvafiq sorğusuna münasibət bildirməyiblər.
Bu mövzuda digər xəbərlər:İrandan ABŞ yə xəbərdarlıq Qırmızı dənizdəki bazalarınız vurulacaq
16 Mart 2026 17:33
İrandan husilərə çağırış Qırmızı dəniz bağlana bilər
17 İyul 2026 12:57
İrandan husilərə çağırış: ABŞ zərbələri dayandırsa...
23 Mart 2025 18:34
ABŞ Qırmızı dənizə husilərə erkən xəbərdarlıq sistemi yerləşdirir
31 Yanvar 2025 13:46
İrandan Pakistana: ABŞ yenə hücum etsə...
16 Aprel 2026 20:15
Baxış sayı:161
Bu xəbər 16 İyul 2026 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















