İrandan ABŞ yə xəbərdarlıq Qırmızı dənizdəki bazalarınız vurulacaq
Icma.az, Sitat.info saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün İran Qırmızı dənizdə yerləşən ABŞ hərbi qüvvələri ilə bağlı obyektlərin hədəfə alına biləcəyi barədə xəbərdarlıq edib.
Sitat.info İran mediasına istinadən xəbər verir ki, bununla bağlı, SEPAH-ın Xatəmül-Ənbiya Qərargahının sözçüsü İbrahim Zülfüqari açıqlama verib. Bildirilib ki, “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisinin Qırmızı dənizdə yerləşməsi İran tərəfindən təhlükə kimi qiymətləndirilir.
Açıqlamaya görə, bu səbəbdən həmin təyyarədaşıyan zərbə qrupunu dəstəkləyən logistika və xidmət obyektləri İran Silahlı Qüvvələri üçün potensial hədəf hesab olunur.
SEPAH nümayəndəsi qeyd edib ki, Qırmızı dənizdə ABŞ hərbi qüvvələrinin fəaliyyətinə dəstək verən infrastrukturların hamısı İran tərəfindən diqqətlə izlənilir.
Tehran Yusifli,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 16 Mart 2026 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















