Icma.az
close
up
RU
Mourinyonun açıqlamasının səbəbi bəlli oldu

Mourinyonun açıqlamasının səbəbi bəlli oldu

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo hər hərəkəti və açıqlaması ilə gündəm olmaqda davam edir.
Portuqaliyalı mütəxəssis bir müddət öncə İngiltərənin “Skay Sports” kanalına açıqlamalar verərkən “premyer-liqa Avropada ən güclü çempionatdı, amma elitada qalmaq uğrunda oynayan kluba görə heç vaxt premyer-liqaya qayıtmaram” sözlərini işlətmişdi. Mourinyonun bu sözlərinin əsl səbəbi bəlli olub. Sən demə, 61 yaşlı çalışdırıcı iki həftə öncə “Everton”dan təklif alıbmış. Özü də astronomik təklif! Türkiyə mətbuatının iddiasına görə, “Everton”un sahibi, iranəsilli britaniyalı iş adamı Fərhad Moşiri Mourinyoya Türkiyədə qazandığından daha çox pul təklif edibmiş.
Maraq üçün Mourinyonun “Fənər”də illik qazancının 10,5 milyon avro olduğunu bildirək. Ancaq “Everton” son illərdə olduğu kimi, bu mövsüm də iddialı deyil və yalnız premyer-liqada yerini qorumaq üçün oynayır. Mourinyo da həmin açıqlamanı məhz buna görə veribmiş. Bundan başqa, Mourinyo elə həmin kanala açıqlamasında “Fənərbaxça”dan heç bir halda ayrılmayacağını və nəinki bu mövsümün sonuna qədər, hətta gələn mövsüm də komandanın başında yer alacağını bildirib.
Bu arada Mourinyo srağagün kuryoz olayla qarşılaşıb, üstəlik bunu öz “instaqram” səhifəsində də paylaşıb. Belə ki, o, məşqdə qısa məsafədəki ikitərəfli oyun zamanı İsmayıl Yüksəklə toqquşaraq yerə yıxılıb. Ayağından xəsarət alan məşqçi köməkçilərinin yardımı ilə meydanın kənarına gəlib. Bundan başqa, onun bazanı tərk edərkən axsaması da diqqəti çəkib. Mourinyo həmin epizodun videosunu öz səhifəsində paylaşaraq bunları yazıb:

“Gənc məşqçilərə dərs olsun. Məşqdə heç vaxt oyunçularla eyni rəngdə geyməyin... Sənə topu verə bilərlər... Ya da arxadan zərbə vura bilərlər...”


Mourinyonun başına gələn bu hadisə təkcə futbolsevərlərin yox, sabiq oyunçularının da marağına səbəb olub. Con Terri şərh bölməsinə gülüş işarələri qoyubsa, Nemanya Matiç gülüş işarələri ilə yanaşı, “buna layiqsən” sözünü də yazıb. “Fənər” fanatları isə İsmayıl Yüksəkin gələcəyindən narahatdı. Onlar son vaxtlar onsuz da az oynayan bu futbolçunun Mourinyonu zədələyəndən sonra daha da gözdən düşəcəyini iddia ediblər.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:286
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 Noyabr 2024 22:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri