Icma.az
close
up
RU
ABŞ, Çin və Panama arasında gərginlik artır Krizin səbəbi nədir?

ABŞ, Çin və Panama arasında gərginlik artır Krizin səbəbi nədir?

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Panama Prezidenti Xose Raul Mulino ölkəsinin Çin tərəfindən irəli sürülən "Kəmər və Yol" təşəbbüsündən çıxacağını açıqlayıb.

BAKU.WS xəbər verir ki, Mulino həftəlik mətbuat konfransında Panama hökumətinin Çindəki səfirliyinin rəsmi sənədi Pekinə təqdim etdiyini və razılaşmaya əsasən, 90 gün öncədən bildiriş göndərildiyini bildirib.

Prezident qərarın tamamilə ona aid olduğunu vurğulayaraq, "O dövrdə Çinlə bu razılaşmanı imzalayanlar nəyə əsaslanaraq bu addımı atıblar? Panama bu illər ərzində bundan nə qazandı? "Kəmər və Yol" təşəbbüsü ölkəyə hansı müsbət təsirləri gətirdi?" deyə sual edib.

2017-ci ildə imzalanmış razılaşmaya əsasən, tərəflər arasında memorandum hər üç ildən bir avtomatik yenilənir. 2026-cı il üçün nəzərdə tutulan növbəti yeniləmə üçün tərəflərdən biri üç ay öncədən xəbərdarlıq etməklə müqaviləni ləğv edə bilər.

ABŞ Dövlət katibi Marko Rubio 2 fevralda Panamaya səfəri zamanı Çin şirkətlərinin Panama Kanalı üzərindəki təsirini azaltmağın vacibliyini vurğulayıb və əks halda "lazımi tədbirlərin" görüləcəyini bildirib.

Prezident Mulino isə Panama Kanalının suverenliyinin müzakirə mövzusu olmadığını qeyd edərək, ölkəsinin "Kəmər və Yol" təşəbbüsü çərçivəsində Çinlə imzalanmış memorandumun yenilənməyəcəyini ABŞ rəsmilərinə çatdırıb.

ABŞ Prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra çıxışlarından birində Panama Kanalının ABŞ-yə məxsus olduğunu və Çinin bu bölgədə artan təsirinə qarşı tədbir görüləcəyini vurğulayıb. Tramp, "Biz kanalı Çin deyil, Panamaya vermişdik və indi geri alırıq" deyə bəyan edib.

Panama hökumətinin bu addımı Çin və ABŞ arasında yeni gərginlik yaradır. Çin tərəfi məsələyə hələ rəsmi münasibət bildirməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://baku.ws
archiveBu xəbər 07 Fevral 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri