Icma.az
close
up
RU
ABŞ çoxqütblü dünyanı qəbul etmək niyyətində deyil: Trampın məqsədi ölkəsini...

ABŞ çoxqütblü dünyanı qəbul etmək niyyətində deyil: Trampın məqsədi ölkəsini...

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“ABŞ və Rusiya çoxqütblü dünyada güc mərkəzlərinə çevrilə bilər”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, yalnız Vaşinqton geosiyasi şəraitin dönməz şəkildə dəyişdiyi prosesə müqavimət göstərməyə çalışır.

Maraqlıdır ki, çoxqütblü dünya nizamı çərçivəsində ABŞ-Rusiya yaxınlaşması mümkün ola bilərmi?

Mövzu ilə bağlı politoloq Turab Rzayev öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, Lavrovun açıqlamasının kökündə Rusiyanın ABŞ ilə paralel müstəvidə çıxış etməsinin mümkünlüyünü göstərməkdir:

"Məlumdur ki, ABŞ-nin özünəməxsus milli maraqları var. Rusiya bu maraqlardan çıxış edərək, nüfuz bölgəsində öz siyasətini yürütmək istəyir. Əslində hazırda İkinci Dünya Müharibəsindən sonra dünyada formalaşmış geosiyasi mənzərənin təkrarı yaşanır. Həmin mənzərəyə görə dünya ABŞ və Rusiya arasında bölünmüşdü. Nəticədə Qərb ölkələri ABŞ-nin, Şərq və bəzi Avropa ölkələri isə Rusiyanın təsiri altında idi. Görünür, Rusiya yenə həmin vəziyyətin yaranmasını istəyir. Lakin hazırkı dövrdə faktiki olaraq, təkqütblü dünya formalaşıb".

Turab Rzayev, politoloq

Rusiyanın yenidən çoxqütblü dünya yaratmağa cəhd etdiyini bildirən politoloqun fikrincə, ABŞ çoxqütblü dünyanı qəbul etmək niyyətində deyil.

"Söhbət Çin, Avropa İttifaqı, ABŞ və Rusiya kimi fərqli qütblərin yaradılmasından gedir. ABŞ Rusiyaya iqtisadiyyatı İspaniya iqtisadiyyatı qədər olan və müəyyən hərbi gücə malik olan bir ölkə kimi baxır. Rusiyanın çoxqütblü dünya ilə bağlı çağırışları fonunda ABŞ-nin Çinə qarşı başladığı mübarizə təkqütblü dünyada öz liderliyini qorumaqdan ibarətdir”.

Qarşıdakı dövrdə geosiyasi vəziyyətin necə olacağına gəlincə, müsahibimiz qeyd edib ki, bu,  Tramp hakimiyyətindən asılı olacaq. Dediyinə görə, Trampın Rusiya-Ukrayna münaqişəsi ilə bağlı sülh prosesini başlatması Rusiyanın qlobal liderliyini əks etdirməyəcək.

“Trampın məqsədi başlatdığı ticarət müharibəsinin dəstəklənməsi və ABŞ-nin dünyada ən güclü dövlətə çevrilməsidir", - deyə Turab Rzayev qeyd edib.

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 Fevral 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see166

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see131

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see130

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see127

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see127

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri