Icma.az
close
up
RU
ABŞ da abort üçün populyar dərmanlara alternativ tapıldı, lakin bir çatışmazlığı var

ABŞ da abort üçün populyar dərmanlara alternativ tapıldı, lakin bir çatışmazlığı var

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Amerikalı alimlər bəzi ştatlarda qadağa ilə üzləşə biləcək abort üçün populyar preparat mifeprestona alternativ təklif ediblər.  

Qaynarinfo xəbər verir ki, NEJM Evidence jurnalında yayımlanan yeni araşdırmada alimlər erkən hamiləlik dövründə dərman vasitəsilə hamiləliyi dayandırmaq üçün Ulipristal asetat adlı preparatın effektivliyini nümayiş etdiriblər.  

Ulipristal asetat ABŞ-da istifadə üçün icazə verilmiş iki növ təcili kontraseptivdən biri olan Ella dərmanının təsiredici maddəsidir.  

Araşdırmada iştirak edən 9 həftəyə qədər hamiləlikdə olan 133 qadın, Ulipristal asetatın ikili dozasını qəbul etdikdən sonra misoprostol adlı preparatdan istifadə ediblər.  

Nəticədə 129 qadın bu dərmanların köməyi ilə hamiləliyi dayandırıb, digər qadınlarda isə əlavə dərmanlarla və ya cərrahi müdaxilə ilə hamiləlik dayandırılıb.  

Bu iki dərmanın birləşməsi araşdırmada 97% effektivlik göstərib ki, bu da mifeprestonun effektivliyi ilə eynidir. Tədqiqatın müəllifləri bildirir ki, alternativ dərman birləşməsi təhlükəsizdir və ciddi fəsadlara səbəb olmayıb.  

Aparıcı müəllif Beverli Vinnikoff ABŞ Ali Məhkəməsinin 2022-ci ildə milli abort hüququnu ləğv etməsindən sonra Ulipristal asetatın xüsusiyyətlərinə maraq göstərdiyini deyib.  

Lakin bəzi mütəxəssislər bu potensial əvəzedicinin ABŞ-da reproduktiv sağlamlıq siyasətini daha da çətinləşdirə biləcəyini qeyd edirlər. Çünki Ulipristal asetat təcili kontraseptiv dərmanların əsas komponentidir.  

Ulipristal asetatın abort üçün dərman kimi istifadəsi təcili kontrasepsiya ilə abort arasındakı fərqi bulanıqlaşdıra bilər və abort əleyhdarlarının yeni qadağalar və məhkəmə iddialarını ortaya çıxara bilər.  

Bu o deməkdir ki, əgər Ulipristal asetatın abort üçün istifadəsi təsdiqlənərsə, abort dərmanlarının qadağan edilməsi, Amerika qadınlarını hamiləliyin qarşısını alan "təcili həblərdən" də məhrum edə bilər.  

Kaliforniya Universitetinin hüquq professoru Meri Ziqler qeyd edir ki, bu araşdırma "abortlar ilə bağlı debatların hər iki tərəfi üçün problemlər yarada bilər".  

Xatırladaq ki, 2022-ci ilin yayında ABŞ Ali Məhkəməsi 1973-cü ildə qəbul edilmiş və milli abort hüququnu təmin edən "Roe və Veyd" qərarını ləğv edib. Bundan sonra bir çox ştatda hamiləliyin dayandırılması qadağan olunub.  

Bu qadağanın nəticəsində bəzi ştatlarda, o cümlədən Texasda, bəzi təcili kontraseptiv preparatlara çıxış təhlükə altına düşüb.

Alpər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 25 Yanvar 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri