ABŞ da aralıq seçkilər ərəfəsində siyasi mübarizə kəskinləşir
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının noyabrda keçiriləcək aralıq seçkilərində mövqelərini qoruyacağına əmin olduğunu bildirib. Prezidentin seçki kampaniyası çərçivəsində Şimali Karolina ştatında keçirdiyi mitinq ölkədə siyasi rəqabətin və Konqresdə çoxluq uğrunda mübarizənin getdikcə daha böyük əhəmiyyət qazandığını göstərir.
“Reuters” agentliyinin məlumatına görə, Tramp oktyabrın 20-də Qrinsvill şəhərində tərəfdarları qarşısında çıxış edərək Respublikaçı namizədlərin seçkilərdə gözləniləndən daha yaxşı nəticə əldə edəcəyini bildirib. O, xüsusilə Senatda təmsilçilik uğrunda mübarizənin vacibliyini vurğulayıb.
Seçkilərdə diqqət mərkəzində olan əsas yarışlardan biri Şimali Karolinada Respublikaçı Maykl Uotli ilə Demokratların namizədi, ştatın keçmiş qubernatoru Roy Kuper arasındadır. Agentliyin istinad etdiyi sorğular Kuperin üstünlüyünü göstərir. Bu ştatda nəticələr Senatda qüvvələr nisbətinə təsir edə biləcəyi üçün hər iki partiya üçün xüsusi əhəmiyyət daşıyır.
Tramp administrasiyasının qarşılaşdığı əsas çətinliklərdən biri iqtisadi vəziyyətlə bağlı narazılıqlardır. Agentliyin məlumatında bildirilir ki, İrana qarşı hərbi əməliyyatlar fonunda yanacağın qiymətinin yüksəlməsi və yaşayış xərcləri seçicilərin mövqeyinə təsir göstərir. Mənbənin istinad etdiyi “Reuters/Ipsos” sorğusuna əsasən, amerikalıların əksəriyyəti prezidentin iqtisadi siyasətini bəyənmir.
Respublikaçılar üçün digər problem seçki kampaniyasına dəstəyin qeyri-bərabər bölüşdürülməsidir. Agentliyin məlumatına görə, partiyanın bəzi nüfuzlu təşkilatları Şimali Karolinada Senata namizəd Maykl Uotliyə maliyyə dəstəyini dayandırıb. Bununla yanaşı, ştatın Nümayəndələr Palatasına seçkilərində bir sıra dairələr uğrunda rəqabət və kampaniya xərcləri artır.
Tramp isə seçkiqabağı çıxışında yeni investisiyalardan danışıb, Şimali Karolinada yarımkeçirici çiplərin istehsalına ABŞ Müdafiə Nazirliyinin 1,5 milyard dollar sərmayə yatıracağını açıqlayıb. O, həmçinin Respublikaçılar Konqresdə çoxluğu qoruyacağı təqdirdə hər bir yetkin amerikalıya 5 min dollar veriləcəyini vəd edib.
Beləliklə, noyabrın 3-də keçiriləcək aralıq seçkilər təkcə Konqresdə yerlərin bölüşdürülməsi deyil, həm də Tramp administrasiyasının iqtisadi və xarici siyasətinə ictimai münasibətin qiymətləndirilməsi baxımından mühüm sınaq olacaq. Seçkilərin nəticələri ABŞ-da daxili siyasi qüvvələr nisbətinə, prezidentin qanunvericilik təşəbbüslərinə və gələcək siyasi gündəliyə təsir göstərə bilər.
N.Adilqızı
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 21 Oktyabr 2026 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















