Icma.az
close
up
RU
ABŞ də aralıq seçkiləri ərəfəsində keçirilən sorğuların nəticələri açıqlanıb

ABŞ də aralıq seçkiləri ərəfəsində keçirilən sorğuların nəticələri açıqlanıb

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 2 noyabr, AZƏRTAC

Noyabrın 3-də ABŞ-də Nümayəndələr Palatasının 435 yerinin hamısına və Senatdakı 100 yerdən 35-nə seçkilər keçiriləcək.

AZƏRTAC Amerika mediasına istinadla xəbər verir ki, ölkə üzrə keçirilən sorğuların orta göstəricilərinə görə, Demokratlar həm Nümayəndələr Palatasında, həm də Senatda üstünlük qazansalar da, nəticənin bir neçə seçki dairəsindəki sıx rəqabət şəraitində müəyyən ediləcəyi gözlənilir.

Ümumi və ştatlar səviyyəsində sorğuları tərtib edən “Real Clear Politics” (RCP) xəbər platforması tərəfindən tərtib edilən cədvələ görə, Demokratların Senatdakı yerlərdən 47-sini, Respublikaçıların isə 45-ni qazanacağı proqnozlaşdırılır.

Səkkiz ştatda gərgin rəqabət müşahidə olunur. Bu əyalətlərdəki yerlərdən yeddisinin Respublikaçılara, birinin isə Demokratlara məxsus olacağı görünür. Əgər Respublikaçılar bu ştatlarda səkkiz yerdən ən azı beşini əldə etsələr, onların Senatda 50 yer qazanacaqları gözlənilir. Bərabərlik halında vitse-prezident Cey. Di. Vensin səsi Respublikaçılara çoxluq qazandıra bilər.

Qanunvericiliyə görə, eyni zamanda Senatın sədri vəzifəsini icra edən ABŞ vitse-prezidenti səsvermədən sonra bərabərlik olacağı təqdirdə öz partiyasının xeyrinə əlavə səs verə bilər.

Sorğunun nəticələrinə görə, Demokratlar Nümayəndələr Palatasında üstünlüyə malikdirlər. Burada 218 yer qazanan tərəf çoxluq əldə edəcək.

RCP-də mövcud vəziyyətə görə, Respublikaçıların Nümayəndələr Palatasında 180, Demokratların isə 227 yer qazanacağı gözlənilir. Nümayəndələr Palatasında 28 yer uğrunda mübarizədə Demokratlar və Respublikaçılar arasındakı fərq azalır.

Müvafiq olaraq, çoxluq qazanacağı gözlənilən Demokratlar Nümayəndələr Palatasında üstünlüyə malikdirlər.

Hazırda ABŞ Senatında Respublikaçıların 53, Demokratların isə 45 yeri var. İki yerə sahib olan müstəqillər bir çox məsələlərdə tez-tez Demokratların tərəfindədirlər.

Nümayəndələr Palatasında Respublikaçılar 218, Demokratlar 214, Müstəqillər 1 yerə sahibdir və 2 yer boşdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Noyabr 2026 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri