ABŞ da aviasiya böhranı səbəbilə uçuşlar tamamilə dayana bilər
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
ABŞ hökumətinin bağlanması aviasiya sektorunda böyük xaosa səbəb olur.
APA xəbər verir ki, hava limanlarında dispetçerlərin işə çıxmaması ABŞ-ı hava məkanının tamamilə bağlanması riski ilə qarşı-qarşıya qoyur.
“Bloomberg”in məlumatına görə, ABŞ nəqliyyat naziri Şon Deffi zəruri hesab edildiyi təqdirdə ABŞ hava məkanının tam bağlana biləcəyini açıqlayıb.
Deffi keçirdiyi mətbuat konfransı zamanı hava nəqliyyatı dispetçerlərinin maaşsız işlədiklərini bildirib.
Deffi həmçinin ABŞ-da hökm sürən şatdaunun daha bir həftə davam edəcəyi təqdirdə böyük xaos olacağını deyib.
"Böyük uçuş gecikmələri görəcəksiniz. Kütləvi ləğvlər görəcəksiniz və hava məkanının bəzi hissələrini bağlamalı ola bilərik, çünki hava nəqliyyatı dispetçerlərimiz yoxdur, biz bunu idarə edə bilmərik", - Deffi deyib.
Ağ Evin mətbuat katibi Kerolayn Livitt də təkcə bazar günü ABŞ hava limanlarına gələn və gedən 5000-dən çox reysin təxirə salındığını bildirib.
Leavitt Demokratlar səbəbilə 13000-dən çox hava nəqliyyatı dispetçerinin maaşsız işləməyə davam etdiyini deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 05 Noyabr 2025 06:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















