Icma.az
close
up
RU
Rusiyaya uçuşlar tam dayana bilər Beynəlxalq boykot!

Rusiyaya uçuşlar tam dayana bilər Beynəlxalq boykot!

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dekabrın 27-də Dubaydan Moskvaya uçan təyyarə Bakı aeroportuna enib. İstanbul-Moskva reysi ilə uçan hava gəmisi isə geri qayıdıb. Baş verənlər fonunda belə aydın olur ki, Rusiya hava məkanı artıq tam etibarsız, təhlükəli zonaya çevrilib. Maraqlıdır, bu, Rusiyaya beynəlxalq uçuşların tamamilə dayanmasına səbəb ola bilər? Beynəlxalq boykot baş verə bilərmi?

Baş verərsə, Rusiya hansı vəziyyətlə üzləşər?

Globalinfo.az-a danışan iqtisadçı Elçin Qurbanov bu hadisənin planlı şəkildə törədilməsi barədə versiyaları doğru hesab etmədiyini qeyd edib.

O, Çeçenistanın matəm elan etdiyini xatırladıb:

“Vaxtilə 2020-ci ildə İran hərbi hava qüvvələri öz ərazisindən beynəlxalq uçuşlar həyata keçirən (Ukraynaya uçan) sərnişin təyyarəsini vurmuşdu. Hansı ki, əsas tərkibi İran, digərləri isə Avropa, Şimali Amerika, Cənubi Asiya dövlətlərinin vətəndaşlarından ibarət idi və göyərtədə 176 nəfər olmuşdu. Hadisə nəticəsində sağ qalan olmamışdı. Şübhəsiz ki, İran özü-özünə təxribat törətmək məqsədilə bunu heç bir halda etməz. AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən “Embraer 190” sərnişin təyyarəsinin dekabrın 25-də Çeçenistan ərazisində vurulması və qəzalı təyyarənin enişi üçün hava məkanının bağlanması dövlətlərarası münasibətlərə xələl gətirməmək üçün izi itirmək məqsədi daşıya bilər. Hadisənin səbəbləri aşkarlandıqdan sonra Çeçenistan prezidentinin göstərişinə əsasən dünən ölkəsində matəm günü elan edilmiş və əyləncə xarakterli bütün tədbirlər təxirə salınıb.

Amma Rusiya hərbiçiləri Şimali Atlantika hərbi Blokunun Polşada hərbi bazasının yaradılması məqsədilə aparılan danışıqlar ərəfəsində 10 aprel 2010-cu ildə Smolenskidə göyərtəsində Polşa Prezidenti Lex Kaçinski, onun xanımı, ordu generalları, sabiq prezident və bir sıra hökumət nümayəndələri olan sərnişin təyyarəsini hava hücumu silahları vasitəsilə vurmuşdu. Meşəyə düşən təyyarənin içərisində sağ qalan hökumət nümayəndələrini və uçuş personalını isə avtomat silahlarla qətlə yetirmişdilər. Şübhəsiz ki, bu hücum xüsusi göstəriş əsasında həyata keçirilmişdi”.

Elçin Qurbanov

İqtisadçının fikrincə, Azərbaycana qarşı oxşar terror aktı üçün heç bir siyasi səbəb yoxdur:

“İstənilən halda sərnişin təyyarəsinin vurulması hadisənin terror qruplaşması və ya dövlət qurumu tərəfindən törədilməsindən asılı olmayaraq, əgər məqsədli şəkildə həyata keçirilmişdirsə, terror aktı sayıla bilər. Rusiyaya isə bu lazım deyil. Hadisənin görünən məzmunu odur ki, son vaxtlar Ukrayna qüvvələrinin Rusiyanın içərilərinə doğru dərinləşən hava hücumlarının intensivləşməsi və ağır nəticələrinə qarşı qeyri-peşəkar hərbçilərə və qeyri-dəqiq silahlara malik Rusiyanın “hərbi qüdrəti” bu qədərdir. Demək olar ki, 2014-cü ildə Rusiyanın dəstək verdiyi separatçıların nəzarətində olan və çeçen döyüşçülərin çoxluq təşkil etdiyi Donetsk vilayətində də beynəlxalq uçuş həyata keçirən Malaziya -Niderland avialaynerinin vurulması da analoji hadisədir”.

E.Qurbanov deyib ki, İstanbul-Moskva aviareysinin yarı yoldan geri qaytarılması, Dubaydan Moskvaya uçan təyyarənin Bakıya eniş etməsi, şübhəsiz ki, Rusiyanın hava məkanında təhlükəsizlik risklərinin olduğunu göstərir:

“Nəticə etibarilə Rusiya hava məkanının təhlükəsizlik üçün etibarsız olması barədə məlumatları dünya ictimaiyyətinə çatdırmaqla rus aviaşirkətlərinin fəaliyyəti iflic vəziyyətə salına bilər. Bu, həm də digər dövlətlərlə Rusiya arasında beynəlxalq daşımalar (loqistika) sahəsinə də ciddi zərbə vurmuş olar”.

İqtisadçı onu da əlavə olaraq qeyd edib ki, Rusiyanın digər ölkələrin mənşə sənədləri əsasında dəniz yolu ilə avropa bazarlarına ixrac loqistika marşrutu peyk vasitəsilə nəzarətə götürülüb:

“Məndə olan məlumatlara görə, bəzi Avropa dövlətlərinə xəbərdarlıqlar da edilib. Şübhəsiz ki, Rusiyanın aviasiya təsərrüfatının sıradan çıxması nəinki iqtisadiyyata və sosial həyata mənfi təsir göstərəcək, eyni zamanda ölkə daxilində siyasi hakimiyyətə ictimai fikirin dəyişməsinə, kütləvi narazılıqlara və Putin hakimiyyətinin laxlamasına da gətirib çıxara bilər”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Dekabr 2024 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see807

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see556

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see360

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see283

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see281

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see276

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see264

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see253

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see246

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see219

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see219

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see207

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see203

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see202

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see198

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see190

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see187

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see184

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see181

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri