Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

ABŞ da ərazi iddiasına başladı Çin mübarizəyə qoşulur

ABŞ da ərazi iddiasına başladı Çin mübarizəyə qoşulur

Icma.az, Axar.az saytına istinadən bildirir.

Ərazi iddiaları yenə gündəmdədir. Bu dəfə müxtəlif dövlətlərə qarşı ərazi iddiasında rolunda çıxış edən ABŞ-dır. Bu ölkənin yeni seçilmiş Prezidenti Donald Trampın iş başına keçmədən müxtəlif dövlətlərə qarşı ərazi iddiaları böyük narahatlıq yaradıb. Kanadanı ABŞ-ın 51-ci ştatına çevirəcəyini deyən Tramp Danimarkaya məxsus Qrenlandiyanı da ələ keçirəcəyini vurğulayıb. Tramp ötən prezidentliyi dövründə Qrenlandiyanı tələb etmişdi. Bu səbəbdən Danimarka-ABŞ münasibətləri gərginləşmişdi. Kanada və Danimarka rəsmiləri Trampın iddialarını rədd ediblər. Heç bir ölkə Amerikanın istəyi ilə ərazisindən imtina etməz. Trampın növbəti hədəfi Panama olub. Foto-paylaşımında “ABŞ-a xoş gəldin, kanal” yazan Ağ Evin yeni sahibi bu dəfə Panama kanalına iddiasını ortaya qoyub.

Axar.az xəbər verir ki, bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin analizində qeyd edilib.

Bildirilib ki, Tramp bu sürətlə cənub qonşusu Meksikaya da ərazi iddiası irəli sürəcək:

“Onsuz da Amerika formalaşdığı illərdə Meksikadan xeyli ərazi qoparıb. Amerikanın ən böyük ştatı Texas vaxtilə Mekskiaya məxsus olub.

1920-ci ildə açılan Panama kanalını ABŞ inşa edib. Tikinti 10 il uzanıb və ağır şəraitdə aparılıb. Tikinti zamanı minlərlə insan həlak olub, bunların içərisində ABŞ vətəndaşları da olub. Kanal uzun illər ABŞ mülkiyyətində olub, yalnız 1977-ci ildə imzalanan müqaviləyə görə, kanal 1999-cu ildə Panamaya təhvil verilib. Panama dövləti kanalın istifadəsinə görə hər il milyardlarla dollar qazanır. Bu, Panamanın dövlət büdcəsinin əsasını təşkil edir. Bu səbəbdən Trampın “kanal Amerikaya məxsus olacaq” iddiası Panamada narahatlıq doğurmaya bilməz. ABŞ-ın yeni seçilmiş prezidenti kanalın Panamaya təhvil verilməsini Vaşinqtonun səhv qərarı adlandırıb. Ağ Evin gələcək sahibi Panama dövlətinin kanalın istifadəsinə görə ABŞ şirkətlərindən yüksək tariflər aldığını bildirib.

Trampın iddiası Panama kanalından istifadə edən ölkələrin də narahatlığına səbəb olub. Misal üçün hazırda ABŞ-la Çin arasında ticarət müharibələri genişlənib. Pekin narahatdır ki, Panama kanalı ABŞ-ın nəzarətinə keçsə, kanaldan istifadə edən Çin ticarət gəmilərinə yüksək tariflər tətbiq olunacaq və ya ümumiyyətlə keçidə məhdudiyyətlər qoyulacaq. Panama dövlətinin Çinlə sıx əlaqələri var. Bu amil Vaşinqtonu narahat edir. Panama dövləti Pekinin xahişi ilə Tayvanla bütün diplomatik əlaqələri kəsib. Buna cavab olaraq Çin Panama dövlətinə yatırımlar həyata keçirib. Çin Panama limanlarından birinin idarə edilməsinə 900 milyon dollar yatırım qoyub. Bundan başqa Çin kanal üzərindən körpü tikintisinə 1.5 milyard dollar xərcləyib. Çin ayrıca, Panama dövlətinə 2 milyard dollar həcmində humanitar yardım edib. Pekin bütün bu xərcləri ona görə həyata keçirib ki, Panama kanalından rahat istifadə edə bilsin, ticarət gəmiləri Çin məhsullarını zamanında son ünvana çatdırsın. Kanal ABŞ-ın nəzarətinə keçəcəyi halda bu, Çin iqtisadiyyatına da mənfi təsir edəcək. Bu səbəbdən Pekin Panama dövləti ilə birgə Trampın kanalı sahiblənməsi səylərinə qarşı mübarizə aparacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://axar.az
archiveBu xəbər 27 Dekabr 2024 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri