Icma.az
close
up
RU
Azərbaycana qarşı ərazi iddiasına SON

Azərbaycana qarşı ərazi iddiasına SON

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Xarici İşlər Nazirliyi avqustun 8-də Vaşinqtonda Bakı və İrəvan arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in paraflanmış mətnini yayımlayıb. 

Mətndəki bir çox məqam ölkəmiz və region üçün böyük əhəmiyyət kəsb edir. Onlardan biri də məhz ikinci maddədir. Çünki ikinci maddəyə əsasən tərəflər gələcəkdə heç bir halda bir-birinə qarşı ərazi iddiası qaldırmayacaqlar. Bu maddənin Ermənistadankı revanşist meyillərin qarşısının birdəfəlik alınacağı deyilir. Ermənistanda konstitusiya dəyişikliyindən sonra ölkəmizə qarşı ərazi iddiaları tamamilə tarixə qovuşacaq. 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Azərbaycan haqlı olaraq Ermənistan konstitusiyasının dəyişilməsini tələb edir: 

“Azərbaycanla Ermənistan arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”i paraflandıqdan sonra da Prezident İlham Əliyev bu barədə danışdı. Dövlətimizin başçısı Vaşinqtonda mətbuata açıqlamasında Ermənistana ev tapşırığının verildiyini bəyan etdi. 

Azərbaycanın haqqa-ədalətə və beynəlxalq hüquqa söykənən tələbi var. O da Ermənistan konstitusiyasından ölkəmizə qarşı ərazi iddialarının çıxarılmasıdır. Yalnız ondan sonra sülh müqaviləsi imzalana bilər. Ermənilər indiyə kimi “Böyük Ermənistan” və “dənizdən dənizə Ermənistan” kimi xəstə təxəyüllü xülyalarla yaşayıblar. Nəhayət ki, artıq buna son qoyuldu”. 

Millət vəkili qeyd edib ki, 2020-ci ildə müharibə meydanında əldə etdiyimiz Zəfəri indi də hüquqi müstəvidə qazandıq:

“Ermənistanda referendum keçirilməli və konstitusiya dəyişikliyinə gedilməlidir. 

Ölkəmizə qarşı ərazi iddiaları Ermənistanın konstitusiyasından çıxarılmalı və sülh müqaviləsi imzalanmalıdır. Bundan sonra Ermənistan Azərbaycana qarşı hansısa ərazi iddiaları qaldıra bilməz. Bu birmənalıdır. Uzun illər ərzində ermənilər və onlara havadarlıq edənlər tamam başqa əhval-ruhiyyədə idilər. Lakin onların qarşısı Ordumuz, xalqımız, dövlətimiz və cənab Prezident İlham Əliyev tərəfindən alındı”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Azərbaycan Ermənistan sülh müqaviləsi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Avqust 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri