Icma.az
close
up
RU
ABŞ da ipoteka faizləri son 3 ayın ən yüksək səviyyəsinə çatıb

ABŞ da ipoteka faizləri son 3 ayın ən yüksək səviyyəsinə çatıb

Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da 30 illik ipoteka üçün orta faiz dərəcəsi ötən həftə 6,92 faizə çatıb ki, bu da fevral ayından bəri ən yüksək səviyyədir.

Banco.az xəbər verir ki, İpoteka Bankları Assosiasiyası (MBA) tərəfindən 16 mayda başa çatan həftəyə dair açıqlanan ipoteka göstəricilərinə əsasən, keçən həftə ipoteka müraciətləri əvvəlki həftəyə nisbətən 5,1 faiz azalıb.

Bu dövrdə həm mənzil alışı üçün edilən müraciətlər, həm də yenidən maliyyələşdirmə müraciətləri 5 faiz azalıb.

Ölkədə 30 illik ipoteka kreditləri üzrə orta faiz dərəcəsi ötən həftə 6,86 faizdən 6,92 faizə yüksəlib.

Eyni dövrdə 15 illik ipoteka kreditləri üzrə orta faiz dərəcəsi isə 6,12 faizdən 6,21 faizə qalxıb.

MBA-nın Baş vitse-prezidenti Mayk Fratantoni bildirib ki, investorlar artan inflyasiya, büdcə kəsiri və borclanmanın yaratdığı narahatlıqlar səbəbindən 30 illik ipoteka faizlərinin fevral ayından bu yana ən yüksək səviyyəyə çatdığını müşahidə edirlər.

Fratantoni yüksək ipoteka faizlərinin sektorun yavaşlamasına səbəb olduğunu qeyd edərək, mənzil alışı üçün müraciətlərin illik müqayisədə 13 faiz artdığını da vurğulayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://banco.az
archiveBu xəbər 21 May 2025 22:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niyə uşaqlar ataya daha çox BƏNZƏYİR

31 Avqust 2025 02:36see202

Formula 1 : Niderland Qran prisində gözlənilməz qonaq

31 Avqust 2025 03:02see138

Dünyanın ən bahalı və ucuz məhsullarının adı açıqlandı

30 Avqust 2025 15:26see132

İlham Əliyev və xanımı Çində səfərdədir

30 Avqust 2025 16:21see131

Polis Parubinin qatilinin izinə düşüb Media

30 Avqust 2025 17:30see131

7 aylıq qeyri neft ixracı 2 milyard dollar

30 Avqust 2025 11:43see128

“Nə arzular yarımçıq qaldı” Fotolar

30 Avqust 2025 15:24see127

Dadaşovun komandası uğursuz seriyaya son qoyub

31 Avqust 2025 01:07see127

Daha bir türkiyəli müğənni Bakıya gəlir

31 Avqust 2025 00:02see126

Gəncədə qəza olub, xəsarət alanlar var

30 Avqust 2025 22:30see125

Vüsal İsgəndərli üçün 70 dəqiqə

31 Avqust 2025 01:25see125

Trampın bu dediyi Modini əsəbiləşdirib

30 Avqust 2025 19:45see125

Pezeşkian ən çox nədən qorxur?

30 Avqust 2025 09:24see125

Ağcaqanadların yaydığı xəstəliklə bağlı xəbərdarlıq

30 Avqust 2025 16:45see125

Onlayn tanışlıq ətrafında dolaşan bir sıra miflər

31 Avqust 2025 06:32see121

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see121

32 ildən sonra Bakı Ağdam qatarı yola düşdü Cədvəl, qiymətlər və xidmətlər

30 Avqust 2025 08:42see119

Ürəyi qorumaq üçün 7 11 4 qaydası Sınayın

30 Avqust 2025 12:13see119

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see119

Bu ölkələr Ukraynaya əlavə HHM sistemləri verəcəklər

31 Avqust 2025 00:44see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri