ABŞ da işsizliklə bağlı müraciətlər son 3 ayın ən yüksək səviyyəsinə çatıb
Icma.az, Banco.az saytına istinadən bildirir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ Əmək Nazirliyi işsizlik müavinəti üçün müraciətlərə dair həftəlik statistikanı açıqlayıb.
Banco.az xəbər verir ki, məlumatlara görə, ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 30 avqustda başa çatan həftədə əvvəlki həftə ilə müqayisədə 8 min nəfər artaraq 237 minə çatıb. Bu, iyun ayından bəri qeydə alınan ən yüksək həftəlik müraciət göstəricisi olub.
"Bloomberg"in sorğusunda iştirak edən 37 iqtisadçının orta proqnozu müraciətlərin 230 min olacağı istiqamətində idi.
Ötən həftə etibarilə 4 həftəlik orta göstərici də 2 min 500 artaraq 231 minə yüksəlib.
Davam edən işsizlik müavinəti müraciətlərinin sayı isə 23 avqustda başa çatan həftədə yüksək səviyyələrdə qalmaqdadır. 25 iyul həftəsində 1 milyon 968 minlə rekord həddə çatan müraciətlər, 23 avqust həftəsində 1 milyon 940 min səviyyəsində qeydə alınıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 04 Sentyabr 2025 22:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















