ABŞ da istehsal olunan yapon maşınları Yaponiyada satılacaq
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Yaponiyada ABŞ istehsalı olan “Toyota Camry” avtomobilləri satışa çıxarılır.
Bizim.Media Yaponiya mediasına istinadla xəbər verir ki, dekabrın 23-dən satışa çıxarılacaq 11-ci nəsil “Camry” modelləri “Toyota” ABŞ-nin Kentaki ştatındakı zavodunda istehsal olunur.
“Camry”nin Yaponiyadakı satışları 2023-cü ilin dekabrında dayandırılmışdı.
"ABŞ-də istehsal olunub, “Toyota” tərəfindən hazırlanıb" şüarı ilə təqdim edilən avtomobillər Yaponiya üçün istehsal olunduğundan sükanı sağda yerləşir, naviqasiya və multimedia sistemi isə yapon dilindədir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp uzun müddət Tokionu Amerika avtomobillərinin Yaponiyanı bazarına çıxışını çətinləşdirməkdə ittiham edirdi.
Vaşinqton Yaponiya ilə avtomobil ticarətində balansın dəyişdirilməsini istəyirdi. 2025-ci ildə əldə olunan ABŞ–Yaponiya ticarət razılaşması çərçivəsində Tokio ABŞ-də istehsal edilmiş və Amerika təhlükəsizlik sertifikatına malik avtomobillərin əlavə yerli sınaqlar olmadan satışına şərait yaratmağa razılaşıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 27 Noyabr 2026 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















