Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Aparıcı Elgiz Əkbərin "YouTube" kanalında yayımlanan "Şadlıq olsun" layihəsi ilə bağlı ARB telekanalı açıqlama yayıb.
Milli.Az xəbər verir ki, bu barədə kanalın mətbuat katibi Mail Əsgərov sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd olunub ki, Elgiz Əkbərin özünə məxsus "YouTube" kanalında yayımlanan "Şadlıq olsun" layihəsinin ARB televiziyası ilə heç bir əlaqəsi yoxdur:
"Layihənin çəkilişləri zamanı ARB televiziyasına məxsus texniki avadanlıqdan, pavilyondan və əməkdaşların xidmətindən istifadə olunmur. Qeyd edək ki, Elgiz Əkbər hazırda ARB televiziyasının əməkdaşı olsa da, hələ ki televiziyanın heç bir layihəsində iştirak etmir və hər hansı layihə üzrə öhdəlik daşımır", - deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, bu ilin əvvəlində bir neçə aparıcı ilə yanaşı, Elgiz Əkbərin də "Elgizlə izlə" verilişi bağlanmışdı.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:204
Bu xəbər 25 Noyabr 2026 21:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















