Icma.az
close
up
RU
ABŞ da qəzaya uğrayan təyyarədə ölənlərin olduğu təsdiqlənib YENİLƏNİB

ABŞ da qəzaya uğrayan təyyarədə ölənlərin olduğu təsdiqlənib YENİLƏNİB

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Reyqan Hava limanı yaxınlığında təyyarə ilə helikopterin toqquşması nəticəsində hələ ki sağ kiminsə tapılmadığı bildirilir.

AZƏRTAC-ın məlumatına görə, bu barədə paytaxt Vaşinqtondan rəsmi şəxs “Washington Post”a açıqlayıb. Vəziyyətlə bağlı danışmaq səlahiyyəti olmadığı üçün adının açıqlanmasını istəməyən rəsmi bildirib ki, xilasedicilər cəsədləri sudan çıxarıb və onları “ Frederik Duqlas” xatirə körpüsü yaxınlığındakı polis departamentinin hava dəstəyi bazasına gətirirlər. O, dəqiq sayı açıqlamayıb. Rəsmi şəxs qeyd edib ki, yerli vaxtla saat 22:30-a olan məlumata əsasən uğurlu xilasetmə işi baş tutmayıb, yəni sağ heç kim tapılmayıb.

07:49

“American Airlines” Reyqan hava limanı yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvünün olduğunu açıqlayıb.

AZƏRTAC-ın CNN-ə istinadla verdiyi məlumata görə, Ağ evin mətbuat katibi Kerolayn Livitt Prezident Donald Trampın Vaşinqtonun Reyqan hava limanı yaxınlığında hərbi helikopter və təyyarənin toqquşması ilə bağlı məlumatlandırıldığını təsdiqləyib.

ABŞ müdafiə departamenti rəsmisinin dediyinə görə, sərnişin təyyarəsi ilə toqquşan ABŞ ordusuna məxsus “Black Hawk” helikopterində üç nəfər ekipaj üzvü olub. Helikopter yüksəkrütbəli şəxsi daşımayıb. Qeyd olunur ki, yüksəkrütbəli ordu rəsmiləri adətən Vaşinqtona “Black Hawk” helikopterində gəlirlər.

07:32

ABŞ-da Virciniya ştatında Ronald Reyqan hava limanı yaxınlığında uçuş-enmə zolağına yaxınlaşan təyyarə helikopterlə toqquşub.

AZƏRTAC-ın məlumatına görə, təyyarə hava limanı yanında Potomak çayına düşüb. Məlumata əsasən, qəzaya uğrayan təyyarə Kanzas ştatının Viçita şəhərindən uçuş həyata keçirib. O, hərbi helikopterlə toqquşub.

Reyqan hava limanında bütün uçuşlar və enişlər dayandırılıb. Hələlik heç bir itki barədə məlumat yoxdur.

Vaşinqton polisinin bildirdiyinə görə, hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:236
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Yanvar 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri