Qəzaya uğrayan təyyarədə sərnişinlərin sayı açıqlandı Sağ qalanlar var (YENİLƏNİB)
Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
AZAL-dan "Unikal"a bildirilib ki, sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək. Məlumata görə sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir.
Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir.
***
11:28
Aktau yaxınlığında qəzaya uğrayan təyyarədə 12 nəfər sağ qalıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Qazaxıstanının səhiyyə naziri Əkmaral Əlnəzərova deyib:
"Təyyarə qəzası yerindən müxtəlif dərəcəli bədən xəsarətləri alan 12 nəfər (onlardan biri uşaqdır) Aktaudakı Mangistau Regional Xəstəxanasına çatdırılıb. Vəziyyətlərinin ağır olduğu bildirilir. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub. Hadisə yerində 14 təcili yardım briqadası var".
Gülayə Mecid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 25 Dekabr 2024 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















