Icma.az
close
up
RU
ABŞ da süni intellektli və pilotsuz müdafiə vasitələrinin sərgisindən REPORTAJ

ABŞ da süni intellektli və pilotsuz müdafiə vasitələrinin sərgisindən REPORTAJ

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Vaşinqton, 17 oktyabr, AZƏRTAC

AUSA 2025 sərgisi ABŞ ordusunun ən böyük illik tədbirlərindən biridir. AZƏRTAC xəbər verir ki, sərgidə hər il olduğu kimi bu il də hərbi texnologiyalar, müdafiə sənayesi və əlaqədar sahələrdəki yenilikləri nümayiş etdirilir. Bu ilki sərgiyə 92 ölkədən 750-dən çox şirkət qatılıb. AUSA 2025 əvvəlki illərlə müqayisədə daha çox süni intellekt və avtonom sistemlərin tətbiqinə diqqət ayırıb və süni intellekt əsaslı qərar qəbuletmə sistemləri və robotların inteqrasiyası sərginin əsas mövzularından biri olub. Sərgidə təqdim olunan silah və maşınların bəziləri müasir ordularda istifadə olunsa da, digər qismi hələlik istifadəyə verilməyib. Sərgi ənənəvi zirehli texnika nümayişindən fərqli olaraq, dronlar, pilotsuz və robotlaşdırılmış sistemlər, eləcə də müasir dron əlehinə texnologiyalar ilə diqqət çəkib.

Pilotsuz və yarım avtonom rejimdə işləyən helikopterlər, tanklar və robotik hərbi nəqliyyat vasitələri diqqət mərkəzində olub. Həmçinin artıq müasir döyüş şəraitində istifadə olunan vasitələrin hələlik istifadəyə verilməmiş ən yeni modelləri təqdim edilib. Bu baxımdan, “Sikorki” şirkətinə məxsus yeni model “Black Hawk” helikopterini qeyd etmək olar. O, əvvəlki nəsillərdən fərqli olaraq tamamilə pilotsiz rejimdə işləyə bilir. 2026-cı ildə istifadəyə və ilk uçuşuna hazırlaşır. Bu tipli helikopterlər həm kəşfiyyat, həm yükdaşıma, həm də döyüş əməliyyatları üçün nəzərdə tutulub.

Sərgidə həm kəşfiyyat, həm hücum, həm də logistik məqsədlər üçün geniş istifadə olunması nəzərdə tutulan yeni və texnologiyalarla təchiz olunmuş və xüsusilə daha ucuz başa gələn dronlar nümayiş olunub. Lakin eyni zamanda tədbirdə dron əlehinə sistemlər də yer alıb. Bu texnologiyalar müasir döyüş meydanında dron təhlükələrinə qarşı vacib rol oynayır.

Ənənəvi tank və zirehli nəqliyyat vasitələri ilə yanaşı, uzaqdan idarə olunan robotik platformalar da sərgidə nümayiş olunub. Bu sistemlər ön xətdə insan itkisini azaltmaq və döyüş əməliyyatlarının effektivliyini artırmaq üçün hazırlanıb.

Məsələn, yeni nəsil dördayaqlı robotlar gələcəkdə insansız quru əməliyyatlarının əsas hissəsinə çevriləcək. Bunlar təhlükəli və ya çətin keçilən yerlərdə insan itkisinin qarşısını alır. Kiçik sursat və avadanlıqların ön xəttə çatdırılmasını həyata keçirmək, kəşfiyyat aparmaq qabiliyyətinə malikdir. Bəzi modellərində isə gələcəkdə silah quraşdırılması nəzərdə tutulur.

Göründüyü kimi, müasir müdafiə texnologiyalarının hədəfi insan iştirakını və itkisini minimum endirmək və robot texnologiyaların istifadəsini artırmaqdır. Lakin insanın birbaşa iştirak etdiyi şəraitlərdə də itkilərin azalması əsas məqsədlərdən biridir. Bu baxımdan yeni nəsil təkmilləşdirilmiş partlayışdan mühafizə geyimi partlayışı zərərsizləşdirilmə və minadan təmizləmə əməliyyatlarında istifadə üçün hazırlanıb. Geyim 360 dərəcə yüksək sürətli qəlpələrə və şok dalğalarına qarşı tam qorunma təmin edir. Əvvəlki nəsil bomba partlayışına qarşı geyimlərə nisbətən daha yüngüldür. Bu da hərəkət rahatlığını artırır və əsgərin yorğunluğunu azaldır. Daxili sensorlar və yüksək texnologiyalı müşahidə sistemləri əsgərə real vaxt şəraitində ətraf mühiti izləməyə imkan verir. Müasir döyüş şəraitində və partlayıcı təhlükələrin zərərsizləşdirilməsi zamanı əsgərin sağ qalma şansını maksimuma çatdırır.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Oktyabr 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri