Icma.az
close
up
RU
ABŞ da tarixi səfər Azərbaycan diplomatiyasının qürur anı

ABŞ da tarixi səfər Azərbaycan diplomatiyasının qürur anı

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

7–8 avqust 2025-ci il tarixlərində Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri Azərbaycan dövlətçiliyinin yeni bir mərhələyə qədəm qoymasının parlaq nümunəsi oldu. Vaşinqtonun Ağ Evində keçirilən yüksək səviyyəli üçtərəfli sammitdə — ABŞ Prezidenti Donald Trump, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş Naziri Nikol Paşinyan arasında — illərin münaqişəsinə son qoyan tarixi sülh razılaşması imzalandı.Bu sənəd, təkcə Qarabağ məsələsinə siyasi nöqtə qoymaqla kifayətlənmir. O, Cənubi Qafqaz regionunda sabitliyin, iqtisadi inkişafın və qarşılıqlı etimadın təməlini qoyur. Xüsusilə “Trump Route for International Peace and Prosperity” (TRIPP) adlı strateji nəqliyyat dəhlizinin yaradılması Azərbaycanın tarixi hədəflərindən biri olan Naxçıvanla quru əlaqəsinin bərpasını təmin edəcək. Bu dəhliz yalnız ölkəmizin ərazi bütövlüyünü möhkəmləndirmir, eyni zamanda Azərbaycanı Avropa ilə Asiyanı birləşdirən ən mühüm tranzit mərkəzlərindən birinə çevirir. Həmçinin bu yol Cənab Prezident İlham Əliyevin ən başlıca yürütdüyü siyasətlərindən biri olan Türk Dünyasının Birliyi siyasətinin dahada uğurla addımlamasına imkan yaradır.ABŞ-ın bu layihəyə 99 illik eksklüziv inkişaf hüquqları ilə qoşulması isə Azərbaycanın etibarlı beynəlxalq tərəfdaş imicinin təsdiqidir. Prezident İlham Əliyevin səfəri çərçivəsində imzalanan sənədlər yalnız sülhü təmin etmir, həm də Azərbaycan–ABŞ münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırır. Tərəflər arasında yaradılan “Strateji İşçi Qrupu” enerji təhlükəsizliyi, müdafiə sənayesi, yüksək texnologiyalar, süni intellekt, rəqəmsal infrastruktur, nəqliyyat və terrorizmə qarşı mübarizə sahələrini əhatə edəcək. Bu təşəbbüs ölkəmizin beynəlxalq arenada mövqeyini gücləndirəcək, iqtisadi inkişafımızı sürətləndirəcək və milli təhlükəsizliyimizi daha da möhkəmləndirəcək. Azərbaycanın bu diplomatik uğuru, həm də 44 günlük Vətən Müharibəsində əldə edilən Şanlı Qələbənin siyasi müstəvidə davamı kimi dəyərləndirilə bilər. Döyüş meydanında qazandığımız qələbə diplomatiya masasında da öz bəhrəsini verir. İlham Əliyevin uzaqgörən, qətiyyətli siyasəti sayəsində Azərbaycan regionun lider dövləti kimi sülhün və inkişafın əsas söz sahibinə çevrilib. Prezident İlham Əliyev Ağ Evdəki çıxışında Azərbaycanın sülhə sadiqliyini, amma eyni zamanda milli maraqlardan heç vaxt geri çəkilməyəcəyini bəyan etdi. Bu, güclü dövlətin və qalib xalqın mövqeyidir. Bu mövqe, xalqımızın birliyi, şəhidlərimizin müqəddəs qanı və Vətən sevgisi üzərində qurulub.Bu səfər, həm də bütün dünyaya göstərdi ki, Azərbaycan öz taleyinin sahibi, öz yolunun memarıdır. Qlobal güclərin siyasi gündəmində, iqtisadi layihələrində və strateji planlarında Azərbaycan artıq mühüm oyunçuya çevrilib. Səfərin nəticələri bir daha sübut edir ki, milli maraqlarımızı qorumaq və daha da irəli aparmaq üçün güclü lider və milli birlik ən böyük zəmanətimizdir.
Tarixi səfər, Prezident İlham Əliyevin diplomatiyada qazandığı böyük qələbə olmaqla yanaşı, Azərbaycan xalqının iradəsinin, müstəqilliyinin və milli qürurunun rəmzidir. Bugünkü nailiyyətlərimiz gələcək nəsillərə daha güclü, daha qüdrətli Azərbaycan miras qoymaq yolunda atılmış əzəmətli addımlardır.

Elgün Rüstəmli
YAP Yasamal Rayon Təşkilatının gənc fəalı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Avqust 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see204

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see189

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see172

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see145

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see143

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see138

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri