Icma.az
close
up
RU
“Bu səfər Azərbaycan diplomatiyasının uğurudur” ŞƏRH EDİLDİ

“Bu səfər Azərbaycan diplomatiyasının uğurudur” ŞƏRH EDİLDİ

Icma.az, Sia Az saytına istinadən bildirir.

“Cənab Prezident İlham Əliyevin BMT Baş Məclisinin 80-ci sessiyası çərçivəsində Amerika Birləşmiş Ştatlarına səfəri, Nyu-Yorkda BMT qərargahında keçirdiyi görüşlər diplomatiyamızın parlaq səhifələrindən biridir. Xüsusilə Amerika Birləşmiş Ştatları prezidenti Donal Trampın cənab Prezidentimiz İlham Əliyev haqqında dediyi sözlər qüruvericidir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib.

Deputat bildirib ki, əslində həmin sözlərin mənası daha geniş olub, Azərbaycan çərçivəsini aşır, Cənubi Qafqaz hüdudlarından da kənara çıxır, dövlət başçımızın liderliyinin qəbul edildiyini göstərir: “Səfər zamanı bir sıra dövlət və hökumət başçıları ilə keçirilən görüşlər ikitərəfli münasibətlər baxımından həddindən artıq əhəmiyyətlidir. Kapitalı trilyon dollar olan şirkət rəhbərləri ilə ölkə başçısının keçirdiyi müzakirələr Azərbaycanın dünya iqtisadiyyatında tutduğu yerin, əməkdaşlıq üçün açıq olduğunun nümunəsidir.

Dövlətimizin xarici siyasətinin əsas istiqamətlərindən biri beynəlxalq təşkilatların işində iştirak etməkdir. Universal tipli beynəlxalq təşkilat olan BMT-nin toplatısında iştirak ərazilərimizin işğaldan azad edilməsindən sonra olduqca əhəmiyyətlidir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerini yetirib, bununla BMT-nin də üzərində olan məsələlərdən birini təkbaşına həll edib. Bu baxımdan cənab Prezidentin BMT Baş Məclisinin işində iştirakı faydalıdır. Bu çərçivdə dövlət başçımızın müxtəlif ölkələrin dövlət və hökumət rəhbərləri ilə görüşü ikitərəfli əlaqələrimiz baxımından əhəmiyyətlidir. Görüşlərin keçirildiyi ölkələrlə Azərbaycanın siyasi-diplomatik, ticari-iqtisadi, elm-texniki, mədəni və başqa sahərlərdə əlaqələri olduğundan belə görüşlər əməkdaşlığı gücləndirmək üçün vacib rol oynayır. Səfər çərçivəsində cənab Prezidentin Amerika Birləşmiş Ştatlarına nəhəng şirkətlərinin rəhbərləri ilə görüşü iqtisadiyyat, texnologiyalar sahəsində əməkdaşlıqda yeni imkanlar açır. Bütün bunlar göstərir ki, cənab Prezidentimizin bu səfəri Azərbaycan diplomatiyasının parlaq səhifələrindən biri olmaqla, xarici siyasət məqsədlərinin yerinə yetirilməsində əhəmiyyətli addımdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Sentyabr 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see363

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see345

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see315

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see313

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see304

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see295

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see286

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see278

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see268

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see258

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see247

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see246

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see235

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see235

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see233

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see231

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see229

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see220

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri