ABŞ da xidmət fəaliyyəti 2023 cü ildən bəri ilk dəfə daralıb
Icma.az, Banco.az saytına istinadən bildirir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da xidmət fəaliyyəti 2023-cü ildən bəri ilk dəfə daralıb.
Banco.az xəbər verir ki, bu gün açıqlanan məlumatlara əsasən, S&P Global-ın mart ayı üzrə yekun xidmət sektoru fəaliyyət indeksi ilkin göstəricilərdəki 51,1 səviyyəsindən 49,8-ə enib.
Giriş xərcləri göstəricisi son üç ayın ən yüksək səviyyəsinə yüksələrək müştərilərdən alınan qiymətlərdə artıma səbəb olub.
Xidmət təminatçıları da gələcək iş fəaliyyəti ilə bağlı gözləntilər baxımından daha pessimist mövqe sərgiləməyə başlayıblar. S&P Global Market Intelligence-ın baş iqtisadçısı Kris Uilyamson bildirib: “Ən çox zərər görən sahə istehlakçı yönümlü xidmət sektorları olub. Pandemiya məhdudiyyətləri istisna edildikdə, mart ayında qeydə alınan azalma, məlumatların ilk dəfə 2009-cu ildə toplanmağa başlanmasından bəri ən kəskin enişlərdən biri kimi qiymətləndirilir.”
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:211
Bu xəbər 05 Aprel 2026 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















