Icma.az
close
up
RU
Rusiya iqtisadiyyatı 2023 cü ildən bəri ilk dəfə geriləyib

Rusiya iqtisadiyyatı 2023 cü ildən bəri ilk dəfə geriləyib

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Rusiyada müharibə şəraitində fəaliyyət göstərən iqtisadiyyat 2023-cü ilin əvvəlindən bəri ilk dəfə daralma ilə üzləşib.

Bizimyol.info xəbər verir ki, “Bloomberg” nəşrinin yaydığı məlumata görə, 2026-cı ilin birinci rübündə Rusiyanın ümumi daxili məhsulu (ÜDM) illik müqayisədə 0,2 faiz azalıb. Bu göstərici son üç ildə qeydə alınan ilk iqtisadi geriləmə hesab olunur.

Məlumata əsasən, iqtisadi zəifləmə prezident Vladimir Putinin Ukraynadakı müharibə fonunda iqtisadi artımın davam etdirilməsi ilə bağlı hədəflərinə ciddi zərbə vurub. Ekspertlər bildirirlər ki, yüksək faiz dərəcələri, bahalı kreditlər və artan büdcə yükü iqtisadiyyatda resessiya riskini artırır.

Rusiya prezidenti Vladimir Putin mart ayında iqtisadiyyatda guya 1,8 faiz artım olduğunu açıqlasa da, Mərkəzi Bank bu göstəricinin davamlı yüksəliş deyil, yalnız “müvəqqəti zəifləmənin azalması” olduğunu qeyd edib. Bankın qiymətləndirməsinə görə, iqtisadi göstəricilərə iş günlərinin azalması və sərt qış şəraiti də mənfi təsir göstərib. Xüsusilə tikinti sektorunda hava şəraiti səbəbindən ciddi ləngimələr qeydə alınıb.

Rusiya İqtisadi İnkişaf Nazirliyi də 2026-cı il üzrə iqtisadi artım proqnozunu aşağı salıb. Nazirlik əvvəlki 1,3 faiz artım gözləntisini 0,4 faizə endirib. Eyni zamanda, ölkənin büdcə kəsiri aprel ayında rekord həddə çatıb və ilk dörd ay ərzində illik plan göstəricisini artıq üstələyib.

Mütəxəssislərin fikrincə, Yaxın Şərqdəki gərginlik səbəbindən neft gəlirlərinin artması Rusiya büdcəsinə müəyyən dəstək versə də, bu amil iqtisadiyyatdakı ümumi zəifləməni qısa müddətdə aradan qaldırmağa kifayət etməyəcək.

Ölkədə əsas faiz dərəcəsi 2024-cü ildəki 21 faizlik pik həddən endirilsə də, hazırda 14,5 faiz səviyyəsində qalır. Bundan əlavə, vergilərin artırılması 2026-cı ilin əvvəlində daxili tələbatın zəifləməsinə səbəb olub. Bununla belə, mart ayında pərakəndə satışlarda 6 faizdən çox artım qeydə alınıb.

Məqalədə qeyd olunur ki, Rusiyanın Federal Antiinhisar Xidməti analitikləri qiymət artımı ilə bağlı açıq proqnozlar verməməyə çağırmağa başlayıb. Qurum hesab edir ki, belə açıqlamalar bazar iştirakçılarını qiymətləri artırmağa təşviq edə və istehlakçılar arasında əlavə tələbat yarada bilər.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 16 May 2026 08:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see378

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see343

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see297

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see273

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see270

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see261

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see250

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see243

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see242

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see229

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see221

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see220

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see216

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see213

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see208

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see208

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see202

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see202

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri