ABŞ da Xocalıya ədalət şüarı ilə avtoyürüş keçirildi Foto
Axar.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ-ın Vaşinqton, Nyu-York, Atlanta, Pitsburq şəhərlərində Xocalı soyqırımının 33-ci ildönümü ilə əlaqədar geniş məlumatlandırma aksiyası keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Florida Azərbaycan İcmasının təşkilatçılığı ilə baş tutan aksiyada Xocalı həqiqətlərini əks etdirən LED ekran quraşdırılmış avtomobillər şəhərlərin mərkəzi küçələri boyunca hərəkət edib.
Axar.az xəbər verir ki, CNN-in binası, “Times Square” meydanı, Pentaqon, Ağ Ev, Kapitoli, Pitsburq Universiteti və digər məşhur yerlərin olduğu küçələrdən keçən LED ekranlı avtomobillərdə Xocalı soyqırımı qurbanlarının fotoları və faciənin dəhşətlərini göstərən təsvirlər nümayiş etdirilib. Avtomobillərin üzərində “Xocalıya ədalət!”, “Xocalı soyqırımını tanıyın!”, “Ermənistanın insanlığa qarşı cinayəti”, “Azərbaycanlılar ədalət tələb edir!”, “Xocalını xatırla!”, “Biz xatırlayırıq!”, “Xocalı üçün dua et!”, “Xocalıda 63 uşaq, o cümlədən yeni doğulanlar öldürülüb!”, “1992-ci il 26 fevral. 613 azərbaycanlı, 106 qadın, 63 uşaq, 70 ahıl şəxs qətlə yetirilib. 1275 nəfər azərbaycanlı girov götürülüb. 76 uşaq əlil olub. 25 uşaq hər iki valideynini itirib. 130 uşaq valideynlərindən birini itirib, 8 ailə tamamilə məhv edilib” şüar və faktları yazılıb.
Məlumatlandırma aksiyası yerli ictimaiyyətin marağına səbəb olub.
Qeyd edək ki, artıq bir neçə ildir Xocalı soyqırımı ərəfəsində ABŞ-ın müxtəlif şəhərlərində təşkil olunan məlumatlandırma aksiyalarının məqsədi yerli sakinlərin diqqətini Xocalı həqiqətlərinə çəkməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 04 Mart 2025 21:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















