Icma.az
close
up
RU
Xocalıya qayıtmışıq, amma Xocalıya ədalət çağırışlarımız bitməyib Səriyyə Müslümqızı

Xocalıya qayıtmışıq, amma Xocalıya ədalət çağırışlarımız bitməyib Səriyyə Müslümqızı

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Faşist zabitləri kimi, bir gün Haaqada erməni cəlladları da mütləq məhkəmədə mühakimə olunacaqlar


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  Xocalı soyqırımının 33-cü ildönümü ərəfəsində “Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının beynəlxalq səviyyədə tanıdılması və Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksi yaradılacaq. Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması məqsədilə Mədəniyyət Nazirliyinə 18,3 milyon manat ayrılıb. Mədəniyyət, İqtisadiyyat və Fövqəladə Hallar nazirliklərinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinə, həmçinin digər aidiyyəti dövlət orqanlarına (qurumları) Soyqırımı Memorial Kompleksinin yaradılması məsələlərinin həlli ilə bağlı zəruri tədbirlər görmək tapşırılıb. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Ötən il fevralın 26-da Xocalıya səfər edən cənab Prezident Xocalı Soyqırımı Memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdü. Görüş zamanı cənab Prezident qeyd etmişdi ki, Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək. Heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq: “Otuz iki il bundan əvvəl Ermənistan dövləti bu qanlı faciəni törədərək günahsız insanları qətlə yetirmişdir. 613 insan vəhşicəsinə qətlə yetirilmişdir, 150 insan itkin düşmüşdür, - təbii ki, onların da taleyi bəllidir, - 1000-dən çox insan girov götürülmüşdür, 60-dan çox uşaq, 100-dən çox qadın, yaşlı 70 insan erməni vəhşiləri, faşistləri tərəfindən vəhşicəsinə bir gecə içində qətlə yetirilmişdir. … Əfsuslar olsun ki, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı. Düzdür, 18 ölkə bizim səylərimizin nəticəsi olaraq bu qanlı faciəni soyqırımı kimi tanımışdır. Ancaq bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalmışdır”. Cənab Prezident doğma yurduna qayıtmış xocalılılar qarşısında çıxışında qeyd etdi ki, Azərbaycan dövləti, dövlət qurumları, eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar, bizim ictimai təşkilatlarımız və onların arasında Heydər Əliyev Fondu Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərib: “Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış “Xocalıya ədalət!” kampaniyası dünyanın müxtəlif yerlərində özünü göstərmiş, bir çox tədbirlər, təqdimatlar həyata keçirilmişdir, kitablar, məqalələr dərc edilmişdir, sərgilər təşkil olunmuşdur. Yəni biz bu həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün bir çox səylər göstərmişdik və haqlı olaraq dünyadan ədalət tələb edirdik. Çünki Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır. Halbuki Ermənistan dövləti, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələr, eyni ölkələr əlindən gələni edirdilər ki, bu hadisə ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsın. Biz onilliklər ərzində çalışırdıq, xüsusilə son illər ərzində çalışırdıq ki, bu qanlı cinayəti törədənlər ədalət qarşısında cavab versinlər. Ancaq görürdük ki, bu ədaləti ancaq biz özümüz bərpa etməliyik və bunu etdik. İkinci Qarabağ müharibəsi ədalətin təntənəsi idi”. 

Cənab Prezientin söylədiyi kimi, artıq dünya Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini bərpa etdiyinə şahid oldu və 33 il əvvəl qarlı, şaxtalı havada erməni cəlladlarının güllləbaranı altında Xocalını tərk edənlər bu gün artıq doğma yurda, müqəddəs ocaqlarına qayıdıb. Xocalı faciəsinin dünyaya tanıdılması isə davam edir və ədalət tam qələbə çalanadək – Xocalıda günahsız insanları yalnız etnik tərkibinə görə qətlə yetirənlər layiqli cəzalarını alanadək də davam edəcək. 


Hazırda Niderland Krallığında səfərdə olan "Erməni Təcavüzünün Tanıdılması" İctimai Birliyinin sədri, Xocalı sakini, yazıçı-publisist, ailə üzvləri soyqırıma məruz qalmış Səriyyə Müslümqızı Cəfərova hazırda Haaqa şəhərində Xocalı soyqırımının ildönümünün geniş şəkildə qeyd edildiyini dedi:


- Bu tədbirin Haaqada baş tutması çox önəmlidir.  Haaqada, bildiyiniz kimi Beynəlxalq İnsan Haqları Məhkəməsi yerləşir. Necə ki, faşist zabitləri ötən əsrdə mühakimə olundu, mən əminəm ki, erməni cəlladları da mütləq bu məhkəmədə mühakimə ediləcəklər. Bəli, biz Xocalıya qayıtmışıq. Amma bununla iş bitmir. Xocalıya ədalət çağırışlarımız davam edir. 

Qeyd edək ki, Haaqada təşkil olunan tədbirdə S.Müslümqızının “Onlar heç zaman böyüməyəcəklər” (Ze werden nooit volwassen “) və “Xocalıdan gələn var” (Geesten uit Khojaly) adlı kitablarının holland dilində təqdimatı olub. Yazıçı Henri van Rens tərəfindən tərcümə olunmuş, o dəhşətli gecədə həyatını itirən qadınlar və uşaqların ölüm anını təsvir edən bu kitab, iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Kitabın holland dilində tərcümə olmasının əsas səbəbi isə Dünya Ədalət Məhkəməsinin məhz Niderland Krallığında yerləşməsidir. Tədbirdə müəllif - 32 ildən sonra Xocalıya qayıdan Səriyyə Müslümqızı çıxışında bildirib ki, ədalətin ocağı sayılan Niderland, Xocalı soyqırımının ədalətli həlli, bu qətliamı törədənlərin cəzalanmasını təmin etməlidir. Uzun illər həsrətində olduğu Xocalıda, bu gün yenidən həyatın davam etdiyini deyən Səriyyə xanım bundan sonra vətənimiz və xalqımızın bir daha belə məşəqqətlər görmək istəmədiyini də arzulayıb. Səriyyə Cəfərova çıxış edərək yazdığı "Onlar heç vaxt böyüməyəcəklər" kitabı haqqında danışıb. O, kitabın müxtəlif dillərə, o cümlədən holland dilinə tərcümə edilərək nəşr olunduğunu vurğulayıb və anım iştirakçılarının diqqətinə çatdırıb. Səriyyə Cəfərova həmçinin kitabın tərcüməçiləri Henri van Rens və Gülnarə Əliyevaya təşəkkür edib və onlara minnətdarlıq əlaməti olaraq hədiyyələr təqdim edib.

Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı keçirilən anım mərasimi zamanı Haaqa şəhərində Xocalı faciəsi qurbanlarının xatirəsini əbədiləşdirən abidə ziyarət olunub. Xocalı qurbanları, vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Abidə önünə əklil və çiçəklər qoyulub. Anım mərasimini təşkil edən Holland-Azərbaycan Türk Kültür Dərnəyinin başqanının videoçıxışı izlənilib. Son olaraq Türkiyə Böyük Millət Məclisinin deputatı İlyas Topsakal çıxış edərək Xocalı soyqırımının insanlıq tarixinə qara ləkə kimi həkk olunduğunu vurğulayıb. O, beynəlxalq ictimaiyyətin bu faciəyə laqeyd qalmamasının vacibliyini qeyd edərək, ədalətin bərqərar olması üçün mübarizənin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb. Sonda rəsm sərgisində iştirak edən uşaqlar səhnəyə dəvət olunaraq təşəkkür hədiyyələri ilə təltif olunublar. Bağlanış nitqində Tuğrahan Aşkın, Xocalı faciəsinin təkcə anılması deyil, eyni zamanda gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb və məhz bu məqsədlə rəsm sərgisinin təşkil edildiyini qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Fevral 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri