ABŞ dan Belarusa yeni qadağa: Təyyarələr artıq bu ərazidə uça bilməyəcək
News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Ticarət Departamenti Belarusun milli aviadaşıyıcısı “Belavia” şirkətinə məhdudiyyətlər tətbiq edib.
News24.az xəbər verir ki, Nazirliyin Sənaye və Təhlükəsizlik Bürosunun (BIS) qərarına əsasən, aviaşirkətə məxsus Boeing təyyarələrinin Rusiya, İran, Şimali Koreya, Suriya və Kuba istiqamətində uçuşlara çıxışı qadağan olunub.
Rəsmi sənəddə qeyd edilir ki, məhdudiyyətlər yalnız qeyd olunan ölkələrə şamil olunur. Bununla yanaşı “Belavia” şirkətinin istismarında olan səkkiz Boeing təyyarəsi Belarus daxilində daxili reyslər və digər ölkələrə beynəlxalq uçuşlar həyata keçirə biləcək.
Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp, “Belavia”ya qarşı tətbiq edilən sanksiyaların tez bir zamanda ləğv edilməsini tələb etmişdi.
Aqil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 17 Sentyabr 2025 23:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















