ABŞ də 310 min, Azərbaycanda 13 min dollar... Həkimlərin illik gəliri
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Həkimlərin orta illik əməkhaqqı ölkələr üzrə ciddi fərqlər göstərir.
Yeniavaz.com “Med Salary Data”ya istinadən xəbər verir ki, bu fərqlər əsasən səhiyyə sisteminin strukturu, dövlət büdcəsi, vergi yükü və yaşayış minimumu ilə əlaqələndirilir.
Bildirilir ki, 2025-ci ildə ABŞ həkimlərin orta əmək haqqına görə dünyada lider mövqeyini qoruyub. ABŞ-da həkimlərin orta illik gəliri 310 min dollara çatıb. Siyahıda növbəti yerlərdə 260 min dollarla İsveçrə, 240 min dollarla Birləşmiş Ərəb Əmirlikləri və 215 min dollarla Avstraliya qərarlaşıb.
Avropada isə həkim maaşları ABŞ və ərəb ölkələri ilə müqayisədə daha aşağı səviyyədə qalır. Buna baxmayaraq, Almaniya, Hollandiya və Böyük Britaniya qitənin aparıcı ölkələri hesab olunur. Məsələn, Fransa və Böyük Britaniyada həkimlərin orta illik gəliri 145–155 min dollar aralığında dəyişir.
Xəbərdə qeyd olunan ölkələr üzrə orta illik əməkhaqqı siyahısı belədir:
ABŞ – 310 000 dollar;
İsveçrə – 260 000 dollar;
BƏƏ – 240 000 dollar;
Avstraliya – 215 000 dollar;
Kanada – 210 000 dollar;
Almaniya – 165 000 dollar;
Böyük Britaniya – 150 000 dollar;
Fransa – 145 000 dollar;
Hollandiya – 155 000 dollar;
Yaponiya – 170 000 dollar.
Hesabatın müəllifləri vurğulayırlar ki, ABŞ-də həkimlər nominal olaraq ən yüksək maaşı alsalar da, bir sıra ölkələr daha yaxşı iş-həyat balansı təklif edir. Xüsusilə Kanada və Almaniya kimi ölkələrdə nisbətən aşağı vergi yükü, güclü sosial təminatlar və stabil pensiya sistemi həkimlərin ümumi həyat keyfiyyətini yüksəldir. Bu ölkələrdə maaşlar ABŞ səviyyəsinə çatmasa da, iş şəraiti daha cəlbedici hesab olunur.
2025–2030-cu illər üçün proqnozlara görə isə, səhiyyə sektorunda kadr çatışmazlığı fonunda tələbatın artacağı gözlənilir. Xüsusilə kardioloqlar, neyrocərrahlar və ortopedlər kimi dar ixtisaslı mütəxəssislərin əmək bazarında daha yüksək dəyər qazanacağı bildirilir.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə ötən ilin yanvar-sentyabr aylarında Azərbaycanda səhiyyə sahəsində fəaliyyət göstərən şəxslərin orta aylıq əməkhaqqı 926,4 manat təşkil edib. Bu isə o deməkdir ki, Azərbaycanda səhiyyə sahəsində fəaliyyət göstərən şəxslərin orta illik əməkhaqqı təxminən 6 540 dollara bərabərdir.
Onu da bildirək ki, rəsmi statistikada həkimlərin orta aylıq əməkhaqqı ayrıca olaraq açıqlanmır. Lakin, ötən ilin sonunda TƏBİB-in sədri Vüqar Bayramov mətbuata verdiyi açıqlamada həkimlərin orta aylıq əməkhaqqının 1850 manat olduğunu açıqlayıb. Bu da, həkimlərin orta illik əməkhaqqının təxminən 13 min 60 dollara bərabər olduğunu göstərir.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Azərbaycanda həkimlərin maaşı açıqlandı SİYAHI
17 Dekabr 2024 17:22
Azərbaycanda hematoloq həkimlərin sayı artıb
21 Noyabr 2025 12:10
Azərbaycanda həkimlərin maaşı artırıla bilər
30 Oktyabr 2025 13:51
Azərbaycanda həkimlərin maaşı nə qədərdir?
19 Dekabr 2025 14:02
Azərbaycanda həkimlərin maaşları artırılır RƏSMİ
02 Sentyabr 2026 11:29
Baxış sayı:211
Bu xəbər 09 Fevral 2026 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















