ABŞ dƏ hərbçilər lazerlə ABŞ sərhəd patruluna məxsus dron vurublar
Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Federal Aviasiya Administrasiyası hərbi lazer sisteminin işə salınması və hökumət pilotsuz təyyarəsinin vurulmasından sonra Texas hava məkanını qismən bağlayıb.
Gununsesi.info bu barədə Associated Press agentliyinin məlumatına istinadən xəbər verir.
Jurnalistlərin verdiyi məlumata görə, Fort Hancock üzərində səmada ABŞ Gömrük və Sərhəd Mühafizəsi dronu məhv edilib.
ABŞ Nümayəndələr Palatasının üzvü Rik Larsen bildirib ki, o və Nümayəndələr Palatasının Nəqliyyat və İnfrastruktur Komitəsindəki bir neçə demokrat həmkarı hadisə barədə rəsmi kanallar vasitəsilə məlumatlandırılıblar.
Larsen bildirib ki, “Müdafiə Nazirliyinin yüksək riskli əks-dron sistemi istifadə edərək Gömrük və Sərhəd Mühafizəsi dronunu vurması xəbəri bizi tamamilə sarsıtdı”.
Fevralın 12-də “İzvestiya” qəzeti Associated Press-ə istinadən ABŞ hakimiyyətinin Texasın El Paso və Nyu-Meksikonun cənubunun böyük bir hissəsi üzərindəki hava məkanını bağladığını bildirib. Jurnalistlər qərarın Müdafiə Nazirliyi ilə Federal Aviasiya Administrasiyası arasında dronlara qarşı lazer silahlarının sınaqdan keçirilməsi ilə bağlı fikir ayrılıqları fonunda verildiyini aşkar ediblər.
Daha əvvəl bildirilmişdi ki, Ağ Ev qanunvericilərdən daxili hava məkanında dronları məhv etmək üçün daha çox səlahiyyət verməsini tələb edib.
Maqsud
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 27 Fevral 2026 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















