ABŞ hərbi bazasında dron həyəcanı Hərbçilər sığınacaqlara köçürüldü
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Böyük Britaniyada ABŞ hərbçilərinin yerləşdiyi Kral Hərbi Hava Qüvvələrinin (RAF) “Lakenheath” aviabazası yaxınlığında şübhəli pilotsuz uçuş aparatlarının (PUA) hərəkəti aşkar edildikdən sonra həyəcan siqnalı verilib. Təhlükəsizlik təhdidi səbəbindən bazadakı ABŞ personalına dərhal sığınacaqlara keçmək əmr edilib.
“Qafqazinfo” xarici mətbuata istindən xəbər verir ki, hərbçilərə göndərilən təcili xəbərdarlıq mesajının başında qırmızı və iri şriftlərlə “real təhlükə” ifadəsi yer alıb.
ABŞ Hərbi Hava Qüvvələrinin rəsmisi insidentlə bağlı açıqlamasında təhlükəsizlik qüvvələrinin hava məkanında icazəsiz dron fəaliyyəti şübhəsi ilə dərhal hərəkətə keçdiyini təsdiqləyib. Bildirilib ki, hadisə nəticəsində şəxsi heyətə, təyyarələrə və ya hərbi infrastruktura heç bir ziyan dəyməyib. Hazırda ABŞ hərbçiləri bazanın və ətraf ərazilərin təhlükəsizliyini təmin etmək üçün Britaniya hakimiyyət orqanları ilə koordinasiyalı şəkildə fəaliyyətini davam etdirir.
Bu insident ABŞ ordusunun İranla bağlı təhlükəsizlik riskləri səbəbindən İngiltərədəki digər hərbi bazalarda ehtiyat tədbirləri görməsi barədə yayılan xəbərlərin ardınca baş verib. Belə ki, bazar ertəsi ABŞ-nin “RAF Mildenhall” bazasından bəzi döyüş təyyarələrini köçürdüyü və onlardan ən azı ikisinin məhz “Lakenheath” bazasına yerləşdirildiyi iddia olunurdu.
Xatırladaq ki, ötən ay da Vaşinqtonun İranla əlaqəli təhdidlər səbəbindən İngiltərədəki “RAF Fairford” bazasında yerləşən strateji bombardmançı təyyarələrini ABŞ-yə geri çağırdığı bildirilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 14 Noyabr 2026 05:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















