ABŞ də keçirilən sərgidə Azərbaycana məxsus milli kişi geyimi nümayiş olunub
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Vaşinqton, 29 aprel, AZƏRTAC
ABŞ-nin paytaxtı Vaşinqton şəhərində yerləşən Vudro Vilson Ev Muzeyində dünya ölkələrinin milli geyimlərinə həsr olunmuş üçüncü ənənəvi sərgi təşkil edilib.
AZƏRTAC-ın məlumatına görə, Azərbaycanın ABŞ-dəki səfirliyinin dəstəyi ilə sərgidə ölkəmizə məxsus milli geyim də nümayiş olunur.
Bu il Azərbaycan sərgidə Paris Sülh Konfransında iştirak etmiş və həmin dövrdə ABŞ prezidenti olmuş Vudro Vilson ilə görüş keçirmiş Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətini simvolizə edən milli kişi geyimi ilə təmsil olunur.
Azərbaycanın ABŞ-dəki səfirliyinin mətbuat katibi Cəmilə Məmmədova bildirib ki, muzeydə nümayiş etdirilən geyim təkcə Azərbaycanın zəngin milli irsini deyil, eyni zamanda ölkəmizin diplomatik tarixində mühüm bir mərhələni əks etdirir və sülh mesajı daşıyır.
Ev muzeyinin icraçı direktoru Elizabet Karçer sərgidə iştirak edən səfirliklərə və tərəfdaşlara təşəkkürünü bildirərək qeyd edib ki, tədbirin əsas məqsədi dəbin gücünü nümayiş etdirmək və bu vasitə ilə sülh mesajlarını geniş auditoriyaya çatdırmaqdır.
Sərgidə 60-dan çox ölkənin milli geyimləri nümayiş olunur. Bununla yanaşı, sərgidə təqdim edilən geyimlərin fotolarından ibarət xüsusi jurnal da hazırlanıb. Jurnalın Azərbaycan bölməsində nümayiş olunan geyimdə istifadə edilmiş parçalar və materiallar, eləcə də ABŞ–Azərbaycan münasibətlərinin ilkin mərhələlərindən biri kimi Paris Sülh Konfransı çərçivəsində Azərbaycan nümayəndə heyətinin Vudro Vilson ilə görüşü barədə məlumat verilib.
Sərgi mayın 9-dək davam edəcək.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 29 Aprel 2026 07:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















