Icma.az
close
up
RU
Azərbaycan məhsulları Almaniyada keçirilən sərgidə nümayiş olunur

Azərbaycan məhsulları Almaniyada keçirilən sərgidə nümayiş olunur

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 6 oktyabr, AZƏRTAC

Almaniyanın Köln şəhərində 5 gün davam edəcək “Anuga 2025” beynəlxalq qida və içki sənayesi sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə 16 Azərbaycan şirkəti məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendlərində təqdim edir.

AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, iki müxtəlif pavilyonda quraşdırılmış “Made in Azerbaijan” stendlərində Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları, qənnadı məmulatları, meyvə şirələri, müxtəlif növ yerli şərablar, kürü, konservləşdirilmiş məhsullar, qurudulmuş meyvələr və digər məhsullar yer alır, Azərbaycan məhsulları və şirkətlər haqqında videoçarxlar nümayiş olunur.

Oktyabrın 8-dək davam edəcək sərgi çərçivəsində yerli və xarici sahibkarlar arasında görüşlər keçirilir, potensial ixrac əməliyyatları ilə bağlı fikir mübadiləsi aparılır. Həmçinin xidmət ixracının dəstəklənməsi məqsədilə Xəzəryanı regionda qida sənayesi iştirakçılarının ən əsas görüş yerlərindən birinə çevrilən yerli “InterFood Azerbaijan” sərgisi haqqında məlumat verilir və xarici şirkətlərin sözügedən sərgidə təmsil olunması təşviq edilir.

Qeyd edək ki, builki “Anuga” sərgisinə 110 ölkədən 7 500-dən artıq iştirakçı və 140 mindən artıq ziyarətçi iştirak edir. Azərbaycan sərgidə 4-cü dəfədir təmsil olunur. Bundan başqa, “Anuga 2025”də Türkiyə, ABŞ, Meksika, Braziliya, Avstraliya, Cənubi Koreya, İspaniya, Belçika və Hindistan kimi ölkələr də vahid ölkə stendi ilə çıxış edirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Oktyabr 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri