ABŞ də məlumat sızıntısı qalmaqalı davam edir Heqsetin baş müşaviri məzuniyyətə göndərildi
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ müdafiə naziri Pit Heqsetin baş müşaviri Den Caldvell informasiya sızması iddiaları ilə bağlı aparılan təhqiqat çərçivəsində inzibati məzuniyyətə göndərilib.
"AzPolitika" xəbər verir ki, "Associated Press" -ə danışan Pentaqon rəsmiləri, Caldvellin nazirlik binasından çıxarkən təhlükəsizlik qruplarının müşayiəti ilə aparıldığını bildiriblər.
Anonimlik şərti ilə danışan səlahiyyətlilər, bu addımın məxfi məlumatların sızdırılması ilə bağlı aparılan araşdırma əsasında atıldığını qeyd ediblər.
Xatırladaq ki, mart ayının sonunda "The Atlantic" nəşrinin baş redaktoru Ceffri Qoldberq təsadüfən mesencerdəki qapalı söhbətdə olduğunu və orada Heqsetin ölkənin vitse-prezidenti C.D.Vens, milli təhlükəsizlik üzrə müşavir Mayk Uolts və dövlət katibi Marko Rubio ilə Yəməndəki husi obyektlərinə zərbə endirmək planlarını müzakirə etdiyini bildirmişdi.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 16 Aprel 2025 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















