ABŞ də pornoqrafik dipfeyklərin yaradılması qadağan edildi
Baku.ws saytına istinadən Icma.az xəbər verir.
ABŞ Senatı real insanların razılığı olmadan onların iştirakı ilə pornoqrafik dipfeyklərin hazırlanmasını qadağan edən qanun layihəsini təsdiqləyib.
BAKU.WS "Bloomberg"ə istinadən xəbər verir ki, sənəd zərərçəkənlərə dəymiş ziyana görə kompensasiya tələb etmək və bu cür materialların yayımının məhkəmə yolu ilə dayandırılmasına nail olmaq hüququ verir.
Qanun layihəsinə əsasən, rəqəmsal platformalar müraciət edildikdən sonra 48 saat ərzində belə dipfeyk materialları silməyə borcludur. Tələblərə əməl edilmədiyi halda, zərərçəkən şəxslər təkcə dipfeykləri yaradanlara qarşı deyil, həm də onların yayılmasının dərhal dayandırılması üçün hüquqi iddialar qaldıra biləcəklər.
Qanunvericilik təşəbbüsünə səbəb İlon Maskın "Grok" adlı çat-botu ilə bağlı yaranan qalmaqal olub. Sözügedən süni intellekt aləti "X" sosial şəbəkəsi daxilində erotik dipfeyklər yaradırdı.
Nəticədə xidmət Malayziya və İndoneziyada bloklanıb, platforma isə görüntülərin yaradılması və redaktəsi funksiyalarını məhdudlaşdıraraq ödənişli edib.
Eyni zamanda, Böyük Britaniyanın media tənzimləyicisi "Ofcom" hökumətin sorğusu əsasında "X" platformasının istifadəçilərin qeyri-qanuni süni intellekt məzmunundan qorunması tələblərinə əməl edib-etmədiyini araşdırmağa başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 14 Yanvar 2026 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















