ABŞ də qəribə hadisə: Polisdən qaçan sərxoş sürücüyə timsah hücum etdi
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-nin Luiziana ştatında sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanılan və qaçmağa çalışan şəxsin ələ keçirilməsində polisə timsah kömək edib.
Avtosfer.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Hadisə Cefferson-Periş dairəsində qeydə alınıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları 40 yaşlı Viktor Rivasın idarə etdiyi maşını dayandırıblar. Lakin sürücü qanuni tələblərə tabe olmayaraq bataqlıq əraziyə doğru qaçmağa başlayıb.
Bu zaman gizlənməyə çalışan V.Rivasa timsah hücum edib. O, yırtıcıdan xilas olmağı bacarsa da, aldığı xəsarətlər səbəbindən uzaqlaşa bilməyib və polislər tərəfindən yaxalanıb.
Qollarından xəsarət alan sərxoş sürücü xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərildikdən sonra nəzarət altına alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 10 İyun 2026 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















