Polisdən qaçan sərxoş sürücünün maşınından 3 tapança çıxdı FOTO VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
“Saxla” xəbərdarlığına tabe olmayan sərxoş sürücü ilə polis arasında yaşanan qovalamaca avtomobilin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Avtosfer.az xəbər verir ki, Türkiyənin Ədirnə şəhərində baş verən hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb.
Belə ki, şəhər mərkəzində reyd keçirən yol polisi əməkdaşları şübhəli avtomobilə “Saxla” əmrini veriblər, lakin 44-PL-488 dövlət nömrə nişanlı avtomobilin sürücüsü A.B. polisin xəbərdarlığına tabe olmayaraq yayınmağa çalışıb. Digər hərəkət iştirakçılarına həm təhlükə, həm də maneə yaradan A.B. dəfələrlə səkilərin üzərindən aşaraq əks istiqamətə çıxmaqla hərəkətə davam edib.
Kilometrlərlə davam edən təqibdən sonra təkərləri deşilən avtomobil sonda dayandırılıb, sürücü və sərnişini saxlanılıb. Polis əməkdaşları sürücünü sərxoşluq testindən keçiriblər. Alkotesterə üfüləyən A.B. 1,46 promil şərxoş olub. Ona təxminən 40 min lirə (1856 manat) cərimə yazılıb. Bundan əlavə, avtomobildən 3 tapança da tapılıb.
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 17 Mart 2025 21:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















