ABŞ də son 132 ilin istilik rekordu qırılıb
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
2026-cı ilin iyul ayı ABŞ-nin kontinental hissəsində meteoroloji müşahidələrin aparıldığı son 132 ilin ən isti ayı olub.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA) məlumat yayıb.
Məlumata görə, iyulda ölkə üzrə orta hava temperaturu 76,9 dərəcə Farenheyt, yəni təxminən 24,9 dərəcə Selsi təşkil edib.
NOAA bildirib ki, bütün ştatlarda temperatur XX əsr üzrə orta göstəricidən ən azı 1 dərəcə Farenheyt yüksək olub.
Bundan əvvəl rekord göstəricilər 1936 və 2012-ci illərdə qeydə alınmışdı. Həmin illərdə iyul ayı üzrə orta temperatur 76,7-76,8 dərəcə Farenheyt təşkil etmişdi.
Daha əvvəl “Copernicus” Yer səthinin məsafədən müşahidəsi və xəritələşdirmə xidməti Qərbi Avropanın bəzi ölkələrində iyul temperaturunun çoxillik orta göstəricilərdən 3-5 dərəcə yüksək olduğunu açıqlayıb. Bildirilib ki, iyun və iyul birlikdə regionda meteoroloji müşahidələr tarixinin ən isti iki aylıq dövrü olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:187
Bu xəbər 11 Avqust 2026 04:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















