Kanadada 128 illik temperatur rekordu qırılıb
Icma.az, Baku.ws saytına istinadən bildirir.
Kanadanın British Columbia əyalətində müşahidə olunan isti hava dalğası 128 illik temperatur rekordunun yenilənməsi ilə nəticələnib.
BAKU.WS xəbər verir ki, Vankuver şəhərində hava temperaturu 23,9 dərəcəyə çatıb. Bu göstərici 1898-ci ildə qeydə alınmış 22,2 dərəcəlik əvvəlki rekordu geridə qoyub. Bu barədə Environment Canada məlumat yayıb.
Bildirilib ki, əyalət üzrə ümumilikdə 19 bölgədə gündəlik temperatur rekordları yenilənib. Pemberton və Lytton kimi yaşayış məntəqələrində temperatur 31 dərəcədən yuxarı olub.
Mütəxəssislər istilərin yüksək təzyiq sahəsi ilə əlaqədar olduğunu qeyd edir. Həftə ortasında temperaturun nisbətən enəcəyi, lakin həftə sonuna doğru yenidən artacağı proqnozlaşdırılır.
İsti hava enerji tələbatına da təsir edib. BC Hydro bildirib ki, elektrik istehlakı 7 600 meqavata çataraq may ayı üzrə rekord həddə yüksəlib.
Qeyd edək ki, quraqlıq səbəbindən əyalətin bəzi ərazilərində açıq havada tonqal qalamaq qadağan edilib.
Baxış sayı:115
Bu xəbər 06 May 2026 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















