Icma.az
close
up
RU
ABŞ də Üzeyir Hacıbəylinin yubileyi münasibətilə konsert təşkil olunub

ABŞ də Üzeyir Hacıbəylinin yubileyi münasibətilə konsert təşkil olunub

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

ABŞ-nin Nyu York şəhərinin Bruklin bölgəsində dahi Azərbaycan bəstəkarı, milli musiqimizin banisi Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə konsert proqramı təşkil olunub. Konsert Azərbaycan Yəhudi İcması Mədəniyyət Mərkəzinin rəhbəri Yakov Abramovun və pianoçu Ruslan Ağababayevin təşəbbüsü ilə baş tutub.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Davidzon Media teatr studiyasında keçirilən musiqili gecədə Azərbaycan diasporunun nümayəndələri, yəhudi icmasının təmsilçiləri və yerli ictimaiyyətin üzvləri iştirak ediblər.

Ruslan Ağababayev dahi Üzeyir Hacıbəylinin əsərlərini pianoda səsləndirərək gecəyə xüsusi musiqi ovqatı qatıb. Proqramda, həmçinin vokalçı Leyla və Emin İsmayılov, pianoçu Rüstəm Zeynalov və skripka ifaçısı David Marks çıxış ediblər. Azərbaycan musiqisinin zənginliyi və dahi bəstəkarın bənzərsiz yaradıcılıq irsi iştirakçıların böyük rəğbəti ilə qarşılanıb.

“Biz Azərbaycan diasporunun bölünməz bir hissəsi kimi, Azərbaycan mövzusuna aid olan tədbirləri böyük sevinc hissi ilə keçiririk. Üzeyir Hacıbəyli yalnız Azərbaycan musiqisinin deyil, dünya mədəniyyətinin də parlaq simalarından biridir. Onun yaradıcılığı xalqlar arasında körpü rolunu oynayır,” – bu fikirləri çıxışında Azərbaycan Yəhudi İcması Mədəniyyət Mərkəzinin rəhbəri Yakov Abramov söyləyib.

ABŞ və Kanada Buxara Yəhudiləri Konqresinin koordinatoru, "The Bukharian Times" qəzetinin baş redaktoru Rafael Nektal Üzeyir Hacıbəylinin əsərlərinin dünya musiqi mədəniyyətinə dəyərli töhfə olduğunu vurğulayıb.

Tədbir Azərbaycan musiqisinin təbliği və mədəniyyətlərarası dialoqun təşviqi baxımından əlamətdar hadisə kimi dəyərləndirilib.

Mustafa Kamal
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Oktyabr 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see219

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see208

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see180

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see141

Arne Slot “Liverpul”un qış transferləri barədə: “Hazırda düşündüyüm son şey odur”

22 Noyabr 2025 01:05see133

Zirə autsayderə qarşı

22 Noyabr 2025 09:31see132

Misir telekanalında Azərbaycan musiqisi haqqında veriliş yayımlanıb

22 Noyabr 2025 01:42see131

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see131

Supermenin ilk komiksinin nüsxəsi rekord qiymətə satıldı

22 Noyabr 2025 01:26see130

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see130

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see129

Yağın ucuz olduğu ölkələrdən böyük həcmdə idxal edirlər, öz etiketini vurub yerli istehsal məhsulu kimi satırlar

22 Noyabr 2025 00:58see127

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see127

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

22 Noyabr 2025 19:20see126

Çin rabitə peykini orbitə çıxardı

22 Noyabr 2025 01:38see125

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see125

Duz beyinə necə təsir edir?

22 Noyabr 2025 07:37see124

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see123

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see120

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri