Parisdə Üzeyir Hacıbəylinin yubileyi münasibətilə konsert keçirilib FOTOLAR
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Fransanın paytaxtı Parisdə dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə konsert keçirilib.
“Cebheinfo.az” "Report"-a istinadən xəbər verir ki, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən tədbirdə diplomatlar, mədəniyyət xadimləri, jurnalistlər və digər şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edənlər Ü.Hacıbəylinin həyat və yaradıcılıq yoluna nəzər salıb, onun Azərbaycan və dünya musiqi tarixində müstəsna yerini qeyd ediblər.
Tədbirdə iştirak edən "Musulmansenfrance" portalının təsisçisi, jurnalist-rejissor Jan Mişel Brun (Jean-Michel Brun) Azərbaycanın mədəniyyət paytaxtı, Üzeyir Hacıbəyovun doğulduğu Şuşa şəhərinə səfəri zamanı yaşadığı təəssüratları, Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində qazanılmış qələbənin mənəvi dəyəri haqqında qonaqlara ətraflı məlumat verib.
Konsertdə "Avey" triosunun üzvləri Laure Volpato (violonçel), Azusa Lozing (piano) və Ağarəhim Quliyev (fleyta) iştirak ediblər.
Konsertin proqramına Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun, Johann Sebastian Baxın və digər Azərbaycan və dünya bəstəkarlarının əsərləri daxil olub. Hər bir ifa özündə həm Azərbaycan musiqisinin milli ruhunu, həm də Avropa klassikasının incəliyini daşıyıb.
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 19 Oktyabr 2025 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















